Müğənni Rəqsanə İsmayılova yeni paylaşımı ilə diqqət çəkib.
İfaçı sosial media hesabında yeni fotolar paylaşıb. Həyat yoldaşı ilə birlikdə fotolarını paylaşıb geniş şərh yazan müğənni diqqətləri özünə çəkib.
"Əzizim, dayağım, dərd ortağım...Yaxşı ki varsan, yaxşı ki yanımdasan və mənə dəstəksən.Bu çətin günlərdə hər addımımda məni dəstəklədin, ürək-dirək verib yanımda oldun. Xeyirxahlığın üçün sənə çox sağol deyirəm. Öz rahatlığını yox, məni və xalqımızı, ehtiyacı olan insanları düşündün. Sevdiklərinizdən sevginizi əsirgəməyin".
Post izləyicilər tərəfindən bəyənilərək, şərh atəşinə tutulub.
Müğənninin qızı Aysun İsmayılovanın da fotoya yazdığı şərh marağa səbəb olub. Belə ki, gənc müğənni anasının postuna "Sizə qurban. Dədəmi reklam eləmə" rəyini yazııb.
///BiG.Az