Məşhur model Ebru Şallı bir neçə gün bundan əvvəl itirdiyi 9 yaşlı oğlu Parsla bağlı instaqramda paylaşım edib.
operativ24.az xəbər verir ki, sənətçi oğlunun üzərinə “Anniş” (Ana) yazılmış qolbağını öz qoluna taxaraq çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb.
Ebru qeyd edib ki, oğlunu heç vaxt unutmayacaq: “Mən yenə sənin anan olacağam. Ponçikim, həmişə mənimləsən”.
Xatırladaq ki, Ebrunun övladı cümə axşamı bir ildir limfa xəstəliyinə görə müalicə aldığı xəstəxanada həyatını itirib.