16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Sosial 7.05.2019 792

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk cavab görüşü keçiriləcək.

İngiltərədə təşkil olunacaq matçda "Liverpul" İspaniya "Barselona"sını qəbul edəcək. "Mersisaydlılar" səfərdəki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

Amma "Liverpul" oyuna ciddi itkilərlə çıxacaq. İspaniyadakı qarşılaşmanın 24-cü dəqiqəsində zədələnən Nabi Keyta üçün mövsüm başa çatıb. Brazilyalı hücumçu Roberto Firminonun da eyni səbəbdən bugünkü matçı buraxacağı dəqiqdir. Baş məşqçi Yurgen Klopp həftəsonu İngiltərə Premyer Liqasında "Nyukasl" ilə görüşdə başından zədə alan Məhəmməd Salahın da meydana çıxmayacağını təsdiqləyib. Əzələsində problem olan Adam Lallananın iştirakı isə sual altındadır.

Əvəzində qonaqların heyətində yeganə itki ötən həftəsonu "Selta" ilə İspaniya La Liqası matçında zədələnmiş Usman Dembeledir. Luis Suares və Filippe Koutinyo sabiq komandalarına qarşı ilk dəfə "Enfild"də çıxış edəcəklər.

Cari mövsümdə "Liverpul" ÇL-də doğma meydanda keçirdiyi 5 matçın 4-də qalib gəlib, 1-də isə heç-heçə edib. Katoloniyalılar isə ümumiyyətlə, məğlub olmayıb. "Liverpul" və "Barselona" komandaları "Enfild" stadionunda ümumilikdə 3 dəfə qarşılaşıblar. Bu görüşlərin 2-də katoloniyalılar, 1-də mersisaydılar qələbə qazanıb.

Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may

23:00. "Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya)

Baş hakim: Cünyet Çakır (Türkiyə)

Liverpul "Enfild"

///Open.az






Starxeber Bizi instagramda izləyin