16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Maqazin 4.05.2019 1 248

"Uzun zamandan sonra qərara gəldim ki, cavabsız buraxmayım. Çünki susduqca, siz susmursuz. Amma öncə yerləşdirdiyim şəkli çevirərək oxuyun. Əvvəla mən artıq 4 ildir ki, nə aparıcıyam, nə aktrisa, nə mügənni, nə də məşhur biri. Sadə vətəndaşam".

Bu sözləri bir vaxtlar aparıcı kimi çalışan, hazırda tanınmış vizajist olan Samirə Mustafayeva sosial şəbəkədə yazıb. Samirə bir neçə gün əvvəl yayılan görüntüsündən və sosial şəbəkələrdə ünvanına yazılan tənqidlərə münasibət bildirib:

"Görəsən, kimə nə fayda verdi Samirənin görkəmindəki dəyişiklik? Hər gün körpə qiz və oglanların cinsi zorakılığa məruz qalması, gənc qizların intiharı, narkomaniya, cinsiyyətini qadına dəyişən kişilərdən vacibdirmi Samirənin görkəminin dəyişməsi? Yəni bu qədərmi qlobal məsələ idi bu? Bekar qalmısız? Yoxsa nədir dərdiniz? 15 il gecə-gündüz, bayram, yas bilmədən əziyyət çəkib çalışdım, bu gün bu sahədə çalışan bəzi gənc jurnalistlərə dəstək oldum, ən ali mükafatımı - Cənab Prezidentin tərəqqi medalı ilə təltif olundum. Gülünc məlumatla 15 illik əziyyətimi ləkələməkdən başqa nəyə nail olursuz? Nə verdi axı bu sizə? 

Bu gün övladımı böyütmək, özüm öz ayağımda dayanmaq üçün 4 ölkədə əziyyət çəkib öyrəndiyim peşəyə aid suallarla müraciət edin. Bir xəbər aparıcısının, sonda bir qadının zəhmətlə başqa bir sahədə yeni nailiyyətlərə necə yiyələndiyini işıqlandırın. Çətindirmi yaxşılıq etmək? 

O ki, qaldı görkəmə... Görkəmimi yuxarıda qeyd etdiyim kimi, sizə görk etmədiyimə görə bu barədə çox yazmaq istəməzdim. Nə kosmetoloqların hamısını mən istifadə etmişəm, nə də estetik cərrahların yanına yazılma növbəsini tək mən doldurmuşam. Nə etmişəm, özümə etmişəm və güzgüyə baxdığımda halımdan da məmnunam. İllər keçməsinə baxmayaraq, pis, yaxşı məni xatırladığınız üçün təşəkkur. 

Xahiş edirəm, boşanma ərəfəmdən bu günə kimi nə yazdınızsa susdum, cavab vermədim, hər şərhdə bilib- bilmədən yazdığınız sözlərə görə nələr keçirdiyimdən xəbəriniz olmadı. Bu barədə çox dərinə getmək istəməzdim, xahiş edirəm başımı salıb uşagımı böyüdürəm. Mənimlə işiniz olmasın. Görürəm ki, mən susduqca, siz susmursuz. 

Gündəmdə olmaq istəsəydim, telekanallar, saytlar üzümə açıqdı. Məşhur olmaq həvəsim qalsaydı, hətta öz İnstaqram səhifəmdən belə istifadə edə bilərdim. Çox rica edirəm, məni belə məsələlərlə gündəmə gətirməyin. Həyatda heç birimiz heç nədən sığortalı deyilik. Bu gün mənim üçün düzgün, doğru yaşamaq, əvvəlki zamanlardan daha çətindi, hər şeydə böyuk məsuliyyət daşıyıram".

///Axşam.az






Starxeber Bizi instagramda izləyin