"Mən Samirəni sevmişəm, onun heç bir qəbahəti yoxdur".
Bu sözləri prodüser Anar Mədətov Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində ikinci həyat yoldaşından danışarkən deyib. Anar bildirib ki, sosial şəbəkələrdə Samirənin ünvanına xoşgəlməz sözlər yazılır:
"Samirə elə insan deyil. Yazırlar ki, ailədağıdandır, başqasının xoşbəxtliyi üzərində ailə qurub. Amma Samirə elə qadın deyil".
Qeyd edək ki, Anar Mədətov Samirə adlı vizajist xanımla ailə qurub.
///Big.az