11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Maqazin 13.12.2019 310

Yasamal Rayon Məhkəməsində "Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasov və "Azad Azərbaycan" telekanalının "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyevə qarşı xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclası keçirilib.

operativ24.az xəbər verir ki, Müşfiq Abbasov "Report"a bildirib ki, şikayətçi Mehriban Həsənova onun və Z.Baxşəliyevin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib: "Hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən iclasda şikayət əsassız olması səbəbilə icraata qəbul etməkdən imtina edildi".

Qeyd edək ki, şikayətə Müşfiq Abbasovun evin əlindən alınması ilə bağlı sosial şəbəkədə və Zaur Baxşəliyevin aparıcı olduğu "Bizimləsən" verilişində açıqlama verməsi səbəb olub.

Müşfiq Abbasov bildirib ki, M.Həsənovanın həyat yoldaşı Taleh Həsənov 2006-cı ildə öz baldızı qızı, fəlsəfə elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Gülrux Həsənovanın adına “Təməl-N” MTK-dan ev alıb:

“Hadisədən 3 il sonra Taleh Həsənov dünyasını dəyişib. Taleh Həsənov özü o evə gəlib-getsə də, onun həyat yoldaşı Mehriban Həsənova heç vaxt orada olmayıb, yaşamayıb və onun adına da heç vaxt heç bir sənəd olmayıb. Lakin Mehriban Həsənova ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib”.

M.Abbasov qeyd edib ki, 2013-cü ildə G.Həsənovadan həmin evi 145 min dollara alıb:

“Evin də "kupçası" saxta imiş və saxta çıxarışa əsasən də mənə çıxarış verilib. Hətta, bu, belə olduğu halda mənim nə günahım var? Axı bu alqı-satqını 5 saylı dövlət notariusu təsdiqləyib və sonra Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ona əsasən mənə çıxarış verib”.

Xatırladaq ki, M.Həsənova G.Həsənovanı, ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsini və üçüncü şəxs qismində isə “Təməl-N” MTK-nı məhkəməyə verərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mülkiyyət hüquqlarının bərpa edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə tələb irəli sürüb.
Bu işlə bağlı proses yuxarı məhkəmə instansiyalarında davam edir.






Starxeber Bizi instagramda izləyin