11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 11.12.2019 495

Azərbaycanda ilk dəfə internet serialın çəkilişlərinə başlanılıb. 

operativ24.az xəbər verir ki, Azərbaycan Film Akademiyasının istehsalı olan, tibbi mövzuda lentə alınan ekran işi “Sayrışan işıqlar” adlanır. Serialda baş rolları Rəşad Kəsəmənli, Aysel Nazim, Elnar Qarayev candırır.

Layihənin rəhbəri, eyni zamanda quruluşçu rejissoru Zaur Tahirsoy  bildirib ki, internet serialın izləyicilər tərəfindən maraqla qarşılanacağına inanır: “Əlbəttə, Azərbaycanda belə təşəbbüsə ilk cəhd etmək cəsarətlə yanaşı fədakarlıq tələb edirdi. Hələ 2016-cı ildə bu layihə haqqında danışanda bizi ciddiyə almırdılar. Amma bu gün layihəmə inanan və işinə sevgiylə yanaşan komanda ilə bu işin öhdəsindən gəldik. Dekabrın ortalarına layihəmiz təqdim olunacaq, böyük qala gecəsi keçirəcəyik. Ondan sonra bölümlər “Medplus TV” yutub kanalına yüklənəcək.

İnanıram ki, bu layihədən cəsarətlənərək bir çox kino istehsalçıları internet serialına start verəcək. Çünki bu sahənin inkişafı Azərbaycan kino sektoruna yeni nəfəs gətirəcək. Filmin quruluşçu operatoru Elvin Əsgərov, ikinci rejissoru Böyükağa Əliyev, səs rejissoru Vüqar Sübhandır”.
Aktrisa Aysel Nazim isə bildirib ki, ilkə imza atmaq hər zaman onu həyəcanlandırır: “Hər zaman düşünürdüm ki, bizdə niyə internet seriallar  çəkilmir. Bilirəm ki, bu maddiyyat tələb edir. Sponsorlar, şirkətlər bu cür layihələrdən qaçmamalıdır. Maraqlı bir layihədə olmaq məni həyəcanlandırır. Uğurlu iş olacağına inanıram. Bütün komandaya uğurlar arzulayıram”. 






Starxeber Bizi instagramda izləyin