16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Sosial 8.12.2019 134

"İşıq inşaat" MMC-nin və eyni adlı MTK-nın təsisçisi olmaqla bu müəssisələrə faktiki rəhbərlik edən Şirəliyev Cavanşir Qardaş oğlu özgə əmlakını külli miqdarda mənimsəməklə dələduzluq cinayətini törətməkdə şübhəli bilinərək həbs olunub.

Bakı Şəhər Prokurorluğunda istintaq olunan cinayət işində elan olunan ittihama əsasən, C.Şirəliyev faktiki rəhbərlik etdiyi MTK-nın Bakı şəhəri Tbilisi prospektində tikdiyi binada eyni mənzilləri bir neçə şəxsə satmaqla ayrı-ayrı vətəndaşlara külli miqdarda ziyan vurulması ilə nəticələnən dələduzluq əməlini törətmişdir. C.Şirəliyev dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşlardan yüz minlərlə manat mənisəməkdə ittiham olunur.


Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən C.Şirəliyevin barəsində həbs qətiuimkan tədbiri seçilməsi üçün müstəntiq tərəfindən təqdimat verilmişdir. Səbail rayon məhkəməsinin (hakim Aytən Əliyeva) 04 dekabr 2019-cu il tarixli qərarı ilə C.Şirəliyevin barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Ehtimal olunur ki, C.Şirəliyevin əməllərindən ziyan çəkən mənzil alanların sayı istintaqa indiyədək məlum olanlardan daha çoxdur. Ona görə də şirkət rəhbərinin əməllərindən zərərçəkmiş şəxslərin sayının artacağı gözlənilir.

Eyni zamanda, C.Şirəliyevin direktoru olduğu Yevlax Kərpic Zavodunun adına "Dəmirbank" ASC-dən götürdüyü 560 min ABŞ dolları krediti təyinatı üzrə xərcləməyərək mənimsəməsinə, həmçinin, bu kərpic zavoduna rəhbərlik etdiyi dövrdə 300 min manatdan artıq məbləği vergidən yayındırmasına dair də məlumatlar var.
 
///Demokrat.az






Starxeber Bizi instagramda izləyin