11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 5.12.2019 308

Qəsəbəni kim idarə edir: Lalə Hacıyeva, yoxsa katibəsi Əsli Qasımovla sürücüsü Nöfəl? 

Hacı Zeynalabdin qəsəbəsi ilə bağlı oduqca maraqlı məlumat daxil olub. 

Saytımıza verilən məlumata görə, qəsəbənin icra nümayəndəsi Lalə Haciyevanın  yaratdığı vəziyyət insanları təngə gətirib. Özbaşınalıq, korrupsiya və məmurların vətəndaşlara qarşı hörmətsiz davranması səbəbindən dəfələrlə narazılıqlar yaşatsa da, nəinki bunların qarşısı alınıb, əksinə, 2 ildən artıqdır ki, qəsəbəyə rəhbərlik edən Hacıyeva tam bir nəzarətsizlik mühiti yaradıb. 

Məlumatda bildiririlir ki, ölkə başçısı İlham Əliyev sahibkarlara şəraitin yaradılmasını dəfələrlə çıxışlarında vurğulsa da, Hacıyeva bu tapşırıqları gözardı edir. Bununla yanaşı, qəsəbədə bir məqam xüsusi ilə diqqəti çəkir. O da Hacı Zeynalabdinin icra nümayəndəsinin  kim olmasıdır. Rəsmi olaraq Lalə Hacıyevanın icra nümayəndəsi təyin edildiyi dəqiqdir. Amma onun katibəsi və sürücüsünün çıxdığı oyunlar isə tamam başqa təsəvvür yaradır. Bu barədə açıqlama verən adının çəkilməsini istəməyən qəsəbə  sakinlərindən biri vurğulayıb ki, icra nümayəndəsinin katibəsi Əsli Qasımova və katibənin atası sürücü Nöfəl İcra Nümayəndəsinin binasında sözün həqiqi mənasında «at oynadır».






Starxeber Bizi instagramda izləyin