Nəsimi rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində rayon ərazisində itkin düşmüş məktəbli tapılaraq ailəsinə təhvil verilib.
Bakı şəhər Prokurorluğundan operativ24.az-a verilən məlumata görə, aprelin 26-da Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əliyeva Aydan Valeh qızının təhsil aldığı Bakı şəhəri 5 nömrəli məktəbdən çıxaraq naməlum istiqamətə getməsi barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə edilmiş müraciət əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyeva aprelin 27-də tapılaraq ailəsinə təhvil verilob.