Əməkdar artist Röya Ayxanın Türkiyədəki evinin görüntüləri yayılıb.
operativ24.az xəbər verir ki, ATV kanalında yayımlanan “Şou xəbər” verilişində müğənni ilə bağlı sujet təqdim edilib.
Röya evinə qonaq gələn stilist Elnur Həsənov üçün şorba bişirib. Lakin onun bu cəhdi uğursuz alınıb.
Xatırladaq ki, ifaçı Türkiyənin "Vatan" qəzetinə müsahibəsində bunları demişdi:
"Azərbaycan mənim torpağımdır. Nə oradan birdəfəlik qopa bilərəm, nə də belə niyyətim var. Türkiyə isə mənim xəyalımdır. Ona görə də buradan ev aldım".