16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Maqazin 5.10.2019 168

Sou-biznes nümayəndələrinin televiziya verilişlərində etdiyi xoşagəlməz hərəkətlər, efirə açıq-saçıq geyimdə gəlmələri tez-tez tənqid olunur.

Belə halların qarşısını almaq üçün televiziyalardan bir neçəsində Bədii Şura yaradılıb.

Lakin yenə də köhnə hamam, köhnə tasdır... Məsələn, ötən həftə ATV kanalında yayımlanan verilişlərdən birində qonaq olan müğənni Minanın geyimi böyük müzakirələrə səbəb olmuşdu. Bəs, televiziyalarda efir siyasətinə, efir mədəniyyətiə nəzarət etmək üçün formalaşdırılan Bədii Şuralar hara baxır ki, nəyə baxır ki, Mina və digərləri efirdə meydan sulayır?


Məsələ ilə bağlı ATV-nin Bədii Şurasının üzvü, tanınmış musiqiçi Gövhər Həsənzadə ilə əlaqə saxladıq. O bildirdi ki, Bədii Şurada müzakirələr zamanı yeniyetmə yaşda olanlar üçün musiqili əyləncəli verilişlərin maarifləndirici xarakterli olmqası təklif edilib:


“Bu məsələlər mərhələ-mərhələ öz həllini tapacaq. Tamaşaçılar görəcək ki. ATV-nin musiqili verilişləri yeni məzmunda yayımlanır. Bu verilişlər daha maarifləndirici olacaq. Amma bir məqama diqqət etmək lazımdır ki, bəzi verilişlər kanalın hazırladığı məhsul deyil. Bilirsiniz ki, bir çox verilişlər prodakşınlar tərəfindən hazırlanır. Orada da sponsor məsələsi, onların tələbləri var. Lakin bu məqamların da nizamlanması üçün təkliflərimiz var. Bu təklifləri yaxın günlərdə Bədii Şurada müzakirə edəcəyik”.

Gövhər xanımın səmimiyyətinə qətiyyən şübhə etmirik. Sadəcə düzələcək, dəyişəcək, daha mənalı, daha düşündürücü olacaq kimi o qədər vədlər verilir ki, daha bütün bunlara inanmağın gəlmir.Görəsən, Azər Xəlilov özü ATV-yə baxırmı? Baxırsa pis, baxmırsa ondan da pis...  

///redaktor.az






Starxeber Bizi instagramda izləyin