Aktyor Tolqahan Sayışman TRT1-də yayımlanacaq yeni serialı üçün məşqlərə davam edir.
Ekran işi üçün boks dərsləri alan aktyorun bədənində göyərmələr yaranıb.
Tolqahanın xanımı Almeda Abazi ərinin fotosunu sosial şəbəkədə paylaşıb.
“Yaxşı, boks dedik, serial dedik, onu-bunu dedik. Amma bu nə haldır? Ərimi nə hala qoydun, Çempion!”, deyə o yazıb.
Qeyd edək ki, aktyor bir ilə yaxındır serial üçün hazırlaşır.