11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Maqazin 10.09.2019 145

Xalq artisti Naibə Allahverdiyeva müalicə olunması üçün Türkiyəyə aparılır.

operativ24.az  xəbər verir ki, bu barədə Lent.az -a tanınmış aktrisanın özü məlumat verib:

“Azərbaycanda bir çox həkimlərə müraciət elədim. Hərəsi bir xəstəliyin adını çəkdi. Tomoqrafiya etdirdim, yenə də başları çıxmadı. Bilirsiniz, nə qədər pulum çıxdı? Dərmanlara və müayinələrə verdiyim pulları saysam, şoka düşərsiniz.

Azərbaycanda olan həkimlər məni qorxutdu. Konkret hansı xəstəlikdən əziyyət çəkdiyimi demədilər. Əvəzində 2 dəfə ölümlə üz-üzə qaldım. Bir həkim sistem vurdu, elə sistemin altında ölürdüm. Güclə ayıldım, Bunu mətbuata açıqladım. Amma sonra yenidən başqa həkimə getdim. O, dərman yazdı, dərmanı içəndən sonra rəsmən ölürdüm. Allaha çox şükür ki, sağ qaldım. Bir sözlə həkimlərin səriştəsizliyinin qurbanı oldum. Ona görə də müayinələrimi yığıb Türkiyəyə göndərdim. Oradan cavab gəldi ki, gəlsin, yenidən yoxlayaq və konkret cavab deyək. Bu gün saat 16:00-da Türkiyəyə gedəcəm. Ümid edirəm ki, yaxşı olaram”.

Qeyd edək ki, N.Allahverdiyeva bundan əvvəl mediaya açıqlamasında bu sözləri demişdi:

“Əsəblərimlə və qan təzyiqimlə əlaqədar xəstəxanaya getdim. Həkim sistem yazdı, etdirdim. Evə gələndən sonra hiss etdim ki, üşütmə gəlir. Bütün bədənim şişməyə, ağrımağa başladı. Şoka düşdüm. Təcili yardımla məni xəstəxanaya çatdırdılar”.
Həkim aktrisaya vurulan iynənin vaxtıkeçmiş olduğunu bildirib.






Starxeber Bizi instagramda izləyin