16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Məişət zorakılığı mövzusunda beynəlxalq konfrans keçirilir
Sosial 6.12.2023 169

“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir.


Operativ24 xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva, eləcə də digər rəsmi şəxslər və qonaqlar iştirak edirlər.


Tədbirin açılışında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, ölkəmiz adıçəkilən mövzuda açıq müzakirələr, maraqlı debatlar, təcrübə mübadiləsi üçün əlverişli platforma rolunu oynamaqla yanaşı, fərqli mədəniyyətlərin sintezi olan əsil mültikulturalizmlə yaxından təmas üçün də unikal bir məkandır.

O, həmçinin qeyd edib ki, münaqişə və müharibə dövründə, iqtisadi-sosial problemlərdən təsirlənmiş ailələrin psixo-sosial durumunu kəskinləşdirən səbəblərin aradan qaldırılması, onların rifahına, hüquqlarının təmin edilməsinə xidmət edən mühüm qərarlar, qanunlar, dövlət proqramları, qəbul edilmiş, uğurla həyata keçirilmiş, həmçinin yeni təsisatlar yaradılıb.

Bahar Muradova çıxışı zamanı bildirib ki, Dövlət Komitəsinə hər il təqribən 400-ə yaxın müraciət daxil olur.

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, bir çox hallarda məişət zorakılığının gizlədilməsi həll yolu kimi görülsə də, hamısı müəyyən edilməli, araşdırılmalı və müvafiq qurumlar tərəfindən addımlar atılmalıdır. O, məktəblərin bu cür hallarda ən yaxşı güzgü olduğunu deyib. Nazir çıxışı zamanı, həmçinin bildirib ki, məişət zorakılığı halları araşdırıldıqdan sonra cəmiyyətə bununla bağlı məlumat verilməlidir ki, bu cür hallar diqqətdən kənarda və cəzasız qalmır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məişət zorakılığı barədə nitqi zamanı bildirib ki, bu məsələdə ən böyük təhlükə və çətinliklərdən biri də qızların təhsildən uzaqlaşdırılmasıdır.

Daha sonra tədbir panel müzakirələri ilə davam edib.

Qeyd edək ki, "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfrans dekabrın 7-də panel müzakirələri ilə davam edəcək.






Starxeber Bizi instagramda izləyin