16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Məişət zorakılığından zərərçəkənlər üçün 9 yardım mərkəzi fəaliyyət göstərir
Sosial / İdman 6.12.2023 440

"Hazırda Azərbaycanda zərərçəkmiş şəxslər üçün 9 yardım mərkəzi (onlardan səkkizi qeyri-dövlət mərkəzidir) mövcuddur, onlardan 5-i həmçinin sığınacaq xidməti göstərir".


Operativ24 xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dekabrın 6-da Bakıda “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Milli Fəaliyyət Planının digər istiqaməti məişət zorakılığından zərərçəkmiş şəxslərin yardım mərkəzləri və sığınacaqlarla təmin olunmasıdır.

B.Muradova söyləyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Məişət zorakılığından zərərçəkmiş şəxslərə yardım mərkəzi, həmçinin qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası üzrə komissiya yaradılıb.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün qüvvədə olan hüquqi bazanın təhlili aparılaraq aidiyyəti dövlət orqanları və qurumları ilə razılaşdırılaraq təkliflər paketi hazırlanıb.

"İnzibati Xətalar, Cinayət, Cinayət-Prosessual, Mülki məcəllələri, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlar da daxil olmaqla 10 normativ hüquqi akta ümumilikdə 48 dəyişiklik təklif olunub", - B.Muradova bildirib.






Starxeber Bizi instagramda izləyin