15:01 Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək  |     20:01 “Nar”dan sahibkarlar üçün sərfəli təkliflər  |     17:17 KƏŞ ölkələrinin liderləri ötən gün Dohada bir araya gəliblər  |     15:30 Məişət zorakılığı mövzusunda beynəlxalq konfrans keçirilir  |     13:10 Emil Quliyevin qalmaqallı statusu: Nə baş verir? - Mərkəz AÇIQLADI  |     11:09 Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin sayı üç dəfə artıb  |     11:06 Məişət zorakılığından zərərçəkənlər üçün 9 yardım mərkəzi fəaliyyət göstərir  |     23:58 “Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş  |     11:36 İstanbul "2024-cü ildə səyahət etmək üçün ən yaxşı 50 yer" siyahısındadır  |     12:48 Fizaka "Şirlər Xəzinəsi" ilə gəlir  |     12:52 Elçin Əzizov haqqında başladılan qarayaxma kampaniyasına SON QOYULMALIDIR!  |     12:16 “Nar” Laçın şəhərində ilk mağazasını açdı!  |     14:37 Gəncə Dövlət Universitetində “Psixologiya elminin maraqlı və məsuliyyətli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib  |     12:54 Haqsızlıqla üzləşən Qarabağ qazisi prezidentə müraciət etdi  |     00:25 “Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur  |     14:00 Bakıda “Avropada təhsil” sərgisi keçirildi  |     13:37 Dəmir yumruq” - xalq və ordu birliyinin təcəssümü  |     15:48 “CinemaPlus” kinoteatrında “Çok aşk” romantik komediyası - VİDEO  |     22:19 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |     21:01 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |    
“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur
Sosial 21.11.2023 178



“Nar” 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Günü ilə əlaqədar Bakı, Lənkəran və Şəkidə təşkil olunan maarifləndirmə kampaniyasına qoşulub. “Regional İnkişaf” İctimai Birliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “AzerGold” QSC və “Nar”ın təşkilatçılığı ilə keçirilən kampaniya 300 şagirdi və ümumi ictimaiyyəti əhatə edib. Əsas məqsəd həmin regionlarda təhsil mühiti vasitəsilə məktəblilərin hüquqları barədə məlumatlılığının artırılmasıdır. 
Təşəbbüs çərçivəsində Lənkəran və Şəkidə uşaqların problemlərinə dair sosial teatr tamaşaları nümayiş edilib və interaktiv müzakirələr keçirilib. Bakıda isə uşaqların da iştirakı ilə uşaq hüquqlarına dair Debat Forum təşkil edilib. 
Qeyd edək ki, “Nar”-ın əsas Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətlərindən biri də elm və təhsilin inkişafına yönəlib. Mobil operatorun Ümumdünya Uşaq Hüquqları Gününün təşviqinə dəstəyi gənc nəslin sağlam inkişafı üçün sarsılmaz öhdəliyini vurğulayır. Bu çərçivədə “Nar”ın reallaşdırdığı KSM layihələri haqqında daha ətraflı: nar.az/projects 
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.






Starxeber Bizi instagramda izləyin