15:01 Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək  |     20:01 “Nar”dan sahibkarlar üçün sərfəli təkliflər  |     17:17 KƏŞ ölkələrinin liderləri ötən gün Dohada bir araya gəliblər  |     15:30 Məişət zorakılığı mövzusunda beynəlxalq konfrans keçirilir  |     13:10 Emil Quliyevin qalmaqallı statusu: Nə baş verir? - Mərkəz AÇIQLADI  |     11:09 Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin sayı üç dəfə artıb  |     11:06 Məişət zorakılığından zərərçəkənlər üçün 9 yardım mərkəzi fəaliyyət göstərir  |     23:58 “Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş  |     11:36 İstanbul "2024-cü ildə səyahət etmək üçün ən yaxşı 50 yer" siyahısındadır  |     12:48 Fizaka "Şirlər Xəzinəsi" ilə gəlir  |     12:52 Elçin Əzizov haqqında başladılan qarayaxma kampaniyasına SON QOYULMALIDIR!  |     12:16 “Nar” Laçın şəhərində ilk mağazasını açdı!  |     14:37 Gəncə Dövlət Universitetində “Psixologiya elminin maraqlı və məsuliyyətli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib  |     12:54 Haqsızlıqla üzləşən Qarabağ qazisi prezidentə müraciət etdi  |     00:25 “Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur  |     14:00 Bakıda “Avropada təhsil” sərgisi keçirildi  |     13:37 Dəmir yumruq” - xalq və ordu birliyinin təcəssümü  |     15:48 “CinemaPlus” kinoteatrında “Çok aşk” romantik komediyası - VİDEO  |     22:19 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |     21:01 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |    
“CinemaPlus” kinoteatrında “Çok aşk” romantik komediyası - VİDEO
Sosial 7.11.2023 324

"CinemaPlus" premium kinoteatrlar şəbəkəsində noyabrın 9-dan etibarən eksklüziv olaraq "Çok aşk" adlı Türk romantik komediyasının nümayişi baş tutacaq.


Filmin baş rol aktyoru və ssenaristi Hasan Can Kaya, rejissoru isə Kıvanç Baruönüdür. "Çok aşk" komediyası, xüsusilə musiqidə, Yeşilçam dövrünün həyatını təqlid edir. Tamaşaçılar Hasan Can Kayanı "1 Erkek 1 Kadın" serialının ssenaristlərindən biri və "Konuşanlar" tolk şousunun aparıcısı kimi tanıyır.

Filmin özəlliyi ondadır ki, fraqment parodiyalar təəssüratı yaradır. Amma buna baxmayaraq, Hasan Can personajları iş və sevgi sınaqları vasitəsilə birləşdirərək bütün hissələri bir süjetə toplayır. Aktyor heyəti Büşra Pekin, Barış Yıldız, Şebnem Sönməz və Uğur Yücel kimi tanınmış adlarla zəngindir.

Film arzularını həyata keçirməyə və həyatının sevgisinin qəlbini fəth etməyə çalışan bir insanın hekayəsindən bəhs edir. Coşqun ən böyük arzusu komediya aktyoru olmaq və film çəkmək olan gəncdir. Böyük qardaşı İrfanla birlikdə pirat filmlər sataraq çörək pulu qazanan Coşqun həyatının eşqi Ayla ilə tanış olduqdan sonra tamamilə fərqli bir hal alır. Coşqun həm kino xəyallarını reallaşdırmaq üçün ssenari yazır, həm də aşiq olduğu Aylanın könlünü almağa çalışır.

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.


[media=https://youtu.be/tgRKfRuZhj0?si=nint5gTQX-NwVMQG]






Starxeber Bizi instagramda izləyin