15:01 Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək  |     20:01 “Nar”dan sahibkarlar üçün sərfəli təkliflər  |     17:17 KƏŞ ölkələrinin liderləri ötən gün Dohada bir araya gəliblər  |     15:30 Məişət zorakılığı mövzusunda beynəlxalq konfrans keçirilir  |     13:10 Emil Quliyevin qalmaqallı statusu: Nə baş verir? - Mərkəz AÇIQLADI  |     11:09 Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin sayı üç dəfə artıb  |     11:06 Məişət zorakılığından zərərçəkənlər üçün 9 yardım mərkəzi fəaliyyət göstərir  |     23:58 “Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş  |     11:36 İstanbul "2024-cü ildə səyahət etmək üçün ən yaxşı 50 yer" siyahısındadır  |     12:48 Fizaka "Şirlər Xəzinəsi" ilə gəlir  |     12:52 Elçin Əzizov haqqında başladılan qarayaxma kampaniyasına SON QOYULMALIDIR!  |     12:16 “Nar” Laçın şəhərində ilk mağazasını açdı!  |     14:37 Gəncə Dövlət Universitetində “Psixologiya elminin maraqlı və məsuliyyətli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib  |     12:54 Haqsızlıqla üzləşən Qarabağ qazisi prezidentə müraciət etdi  |     00:25 “Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur  |     14:00 Bakıda “Avropada təhsil” sərgisi keçirildi  |     13:37 Dəmir yumruq” - xalq və ordu birliyinin təcəssümü  |     15:48 “CinemaPlus” kinoteatrında “Çok aşk” romantik komediyası - VİDEO  |     22:19 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |     21:01 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |    
Rumıniyada Gülnarə Xəlilovanın "Qarabağ və Türk Dünyası" kolleksiyası təqdim olunub
Moda 2.11.2023 165

Buxarestdə Türkiyə Cümhuriyyətinin 100 illiyi və Türkiyə ilə Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 145 illiyi münasibətilə azərbaycanlı dizayner Gülnarə Xəlilovanın "Qarabağ və Türk Dünyası" kolleksiyasının təqdimatı keçirilib.

"Rumıniya-Türkiyə dostluğu, mədəniyyəti və yaradıcılığı axşamı" tədbirində təqdim olunan kolleksiya qonaqların böyük marağına səbəb olub. Tədbirdə dövlət və ictimai xadimlər, mədəniyyət, elm və biznes nümayəndələri iştirak ediblər. Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının təşkilatçıları tərəfindən Gülnarə Xəlilova Türk dünyasının dəyərlərinin inkişafına və təbliğinə verdiyi töhfəyə görə Türkiyə Cümhuriyyətinin 100 illiyi şərəfinə xüsusi ödülə layiq görülüb. Ödül Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının sədri Tamer Atalay tərəfindən təqdim edilib.

Gülnarə Xəlilova-Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.






Starxeber Bizi instagramda izləyin