Sosial
31.10.2023
189
31 oktyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığına dair qanunvericiliyin tətbiqi” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada bütün dünyanın gündəliyində duran vacib məsələlərdən biri olan məişət zorakılığı ilə bağlı məhkəmə təcrübəsinin ümumiləşdirməsinə əsasən cinayət işləri haqqında faktlar və statistik göstəricilər diqqətə çatdırılıb, geniş məlumat təqdim edilib.
Eləcə də məişət zorakılığına dair cinayət təqibi üzrə məhkəmə icraatı haqqında mövcud vəziyyət təhlil edilib, problemlər səsləndirilib. Sözügedən problemlə mübarizə sahəsində aidiyyəti qurumların səylərinin birləşdirilməsinin vacibliyi qeyd edilib, toplantının faydalı olacağına, ümumi işə töhfə verəcəyinə ümid ifadə olunub.
Çıxışlar zamanı bu tədbirin davamı olaraq, Ali Məhkəminin Plenumumun Qərarının qəbul ediləcəyinə ümid ifadə edilib .
Bakı, Sumqayıt şəhər və Abşeron rayon məhkəmələrinin hakimləri və Vəkillər Kollegiyasının üzvlərinin də iştirak etdiyi dəyirmi masa müzakirə ilə davam edib.
⬇⬇⬇
https://bit.ly/49fo2Po