15:01 Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək  |     20:01 “Nar”dan sahibkarlar üçün sərfəli təkliflər  |     17:17 KƏŞ ölkələrinin liderləri ötən gün Dohada bir araya gəliblər  |     15:30 Məişət zorakılığı mövzusunda beynəlxalq konfrans keçirilir  |     13:10 Emil Quliyevin qalmaqallı statusu: Nə baş verir? - Mərkəz AÇIQLADI  |     11:09 Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin sayı üç dəfə artıb  |     11:06 Məişət zorakılığından zərərçəkənlər üçün 9 yardım mərkəzi fəaliyyət göstərir  |     23:58 “Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş  |     11:36 İstanbul "2024-cü ildə səyahət etmək üçün ən yaxşı 50 yer" siyahısındadır  |     12:48 Fizaka "Şirlər Xəzinəsi" ilə gəlir  |     12:52 Elçin Əzizov haqqında başladılan qarayaxma kampaniyasına SON QOYULMALIDIR!  |     12:16 “Nar” Laçın şəhərində ilk mağazasını açdı!  |     14:37 Gəncə Dövlət Universitetində “Psixologiya elminin maraqlı və məsuliyyətli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib  |     12:54 Haqsızlıqla üzləşən Qarabağ qazisi prezidentə müraciət etdi  |     00:25 “Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur  |     14:00 Bakıda “Avropada təhsil” sərgisi keçirildi  |     13:37 Dəmir yumruq” - xalq və ordu birliyinin təcəssümü  |     15:48 “CinemaPlus” kinoteatrında “Çok aşk” romantik komediyası - VİDEO  |     22:19 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |     21:01 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |    
Moderator.az 11 yaşında!..
Sosial 1.11.2023 170

Mərhum jurnalist Zülfüqar Hüseynzadənin qurucusu olduğu Moderator.az saytının fəaliyyətə başlamasından 11 il ötür.


İnformasiya portalı 2012-ci ilin noyabr ayının 1-i fəaliyyətə başlayıb. Yarandığı gündən ona rəhbərlik etmiş, mərhum jurnalist Zülfüqar Hüseynzadə və onun seçdiyi peşəkar kollektivi sayəsində Moderator.az qısa zamanda ölkədə ciddi media qurumu kimi nüfuz qazanıb. Hazırda sayta rəhbərlik edən Hüseyn Ələsgərov atası Zülfüqar Hüseynzadənin yolunu davam etdirir.

Moderator.az bu gün iki dildə- Azərbaycan və rus dillərində xəbər yayımı ilə ölkə mediasında xüsusi yeri olan xəbər saytıdır. Saytın informasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlarla yanaşı, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər də öz əksini tapır.

Dəqiq və qərəzsiz xəbərlər, hadisələrə obyektiv mütəxəssis və ekspert rəyləri təqdim edən Moderator.az, həmçinin, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları da yayımlayır.

Peşəkar yaradıcı komandanın ərsəyə gətirdiyi, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan Moderator.az bu illər ərzində geniş oxucu auditoriyası toplamağı bacarıb.

Bu müddət ərzində həm dövlət qurumları, həm də qeyri-hökümət təşkilatları ilə geniş əməkdaşlıq quran portal izləyicilərini hər gün ölkədə və xaricdə baş verən mühüm hadisələrdən operativ şəkildə xəbərdar edir.

Xatırladaq ki, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu ilin iyun ayında öz doğma yurdu olan Kəlbəcər rayonunun Başlıbel kəndinə səfəri zamanı dünyasını dəyişib. 10-cu yaşı təntənə ilə qeyd edilən Moderator.az 11-ci ilini öz qurucusu Zülfüqar Hüseynzadəsiz yola salır… 

Medianews.az kollektivi saytın 11 yaşında Zülfüqar Hüseynzadəni rəhmətlə anır!..






Starxeber Bizi instagramda izləyin