15:01 Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək  |     20:01 “Nar”dan sahibkarlar üçün sərfəli təkliflər  |     17:17 KƏŞ ölkələrinin liderləri ötən gün Dohada bir araya gəliblər  |     15:30 Məişət zorakılığı mövzusunda beynəlxalq konfrans keçirilir  |     13:10 Emil Quliyevin qalmaqallı statusu: Nə baş verir? - Mərkəz AÇIQLADI  |     11:09 Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin sayı üç dəfə artıb  |     11:06 Məişət zorakılığından zərərçəkənlər üçün 9 yardım mərkəzi fəaliyyət göstərir  |     23:58 “Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş  |     11:36 İstanbul "2024-cü ildə səyahət etmək üçün ən yaxşı 50 yer" siyahısındadır  |     12:48 Fizaka "Şirlər Xəzinəsi" ilə gəlir  |     12:52 Elçin Əzizov haqqında başladılan qarayaxma kampaniyasına SON QOYULMALIDIR!  |     12:16 “Nar” Laçın şəhərində ilk mağazasını açdı!  |     14:37 Gəncə Dövlət Universitetində “Psixologiya elminin maraqlı və məsuliyyətli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib  |     12:54 Haqsızlıqla üzləşən Qarabağ qazisi prezidentə müraciət etdi  |     00:25 “Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur  |     14:00 Bakıda “Avropada təhsil” sərgisi keçirildi  |     13:37 Dəmir yumruq” - xalq və ordu birliyinin təcəssümü  |     15:48 “CinemaPlus” kinoteatrında “Çok aşk” romantik komediyası - VİDEO  |     22:19 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |     21:01 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |    
Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan gəncləri marş ərsəyə gətirib
Sosial 30.10.2023 137

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı və dəstəyi ilə Azərbaycan gəncləri adından qardaş Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə marş bəstələnib. 44 günlük Vətən Müharibəsində Türkiyə dövlətinin və xalqının verdiyi dəstəyə minnətdarlıq etmək, qardaş ölkənin müstəqilliyinin 100-cü ildönümünü təbrik etmək məqsədi ilə Azərbaycan gəncləri adından  “Türkiye 100” adlı marş ərsəyə gətirilib.


Sözləri və musiqisi Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə tərəfindən yazılmış “Türkiye 100” adlı marşın klipinin çəkilişlərində şəhid övladları, qazilər, “Bənövşə” uşaq xoru, “Mezzo” orkestri və yüzlərlə gənc iştirak edib.

Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə yetişən Azərbaycan gəncləri də hər zaman türk xalqı ilə qardaşlıq nümunəsi sərgiləyərək bu əlaqələrin daha da möhkəmlənməsinə öz dəstəyini göstərmişdir. Siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və hərbi sahədə müttəfiq olan Azərbaycan-Türkiyə Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” ifadəsində olduğu kimi kədərdə və sevincdə bir-birinin yanında olaraq milli birlik və barabərlik göstərmişlər.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan-Türkiyə əlaqələri son illər ən yüksək səviyyəyə çatıb. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin belə yüksək səviyyəyə çatmasında mühüm rol oynayır.

Azərbaycan gəncləri adından hazırlanmış “Türkiye 100” marşı 29 oktyabr tarixində Cümhuriyyətin Elanının 100-cü ildönümü münasibəti ilə Türkiyənin Azərbaycandakı Səfirliyi tərəfindən Heydər Əliyev Mərkəzində təşkil edilən rəsmi qəbulda təqdim edilmişdir.

 

“Türkiye 100” marşını təqdim edirik:

Sözləri:

Türküz biz

Önderimiz Haydar, Atatürk

Şanlı tarihimiz

Hep cesur, asil və hür

 

Tarihde destanlar yazan, ey aziz milletim

Payidar ol Cumhuriyyetim!

 

Denizde, havada, karada gücün yeter

Bayrağın nesillerden nesillere geçer

 

Sonsuz sevgi, minnet ile

El ele, kalp kalbe

Başın dik yaşa, canım Türkiyem!







Starxeber Bizi instagramda izləyin