15:01 Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək  |     20:01 “Nar”dan sahibkarlar üçün sərfəli təkliflər  |     17:17 KƏŞ ölkələrinin liderləri ötən gün Dohada bir araya gəliblər  |     15:30 Məişət zorakılığı mövzusunda beynəlxalq konfrans keçirilir  |     13:10 Emil Quliyevin qalmaqallı statusu: Nə baş verir? - Mərkəz AÇIQLADI  |     11:09 Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin sayı üç dəfə artıb  |     11:06 Məişət zorakılığından zərərçəkənlər üçün 9 yardım mərkəzi fəaliyyət göstərir  |     23:58 “Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş  |     11:36 İstanbul "2024-cü ildə səyahət etmək üçün ən yaxşı 50 yer" siyahısındadır  |     12:48 Fizaka "Şirlər Xəzinəsi" ilə gəlir  |     12:52 Elçin Əzizov haqqında başladılan qarayaxma kampaniyasına SON QOYULMALIDIR!  |     12:16 “Nar” Laçın şəhərində ilk mağazasını açdı!  |     14:37 Gəncə Dövlət Universitetində “Psixologiya elminin maraqlı və məsuliyyətli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib  |     12:54 Haqsızlıqla üzləşən Qarabağ qazisi prezidentə müraciət etdi  |     00:25 “Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur  |     14:00 Bakıda “Avropada təhsil” sərgisi keçirildi  |     13:37 Dəmir yumruq” - xalq və ordu birliyinin təcəssümü  |     15:48 “CinemaPlus” kinoteatrında “Çok aşk” romantik komediyası - VİDEO  |     22:19 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |     21:01 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |    
Azərbaycan Qadınlarının VI Qurultayı keçirilir
Sosial 19.10.2023 183

Bakıda Azərbaycan Qadınlarının VI Qurultayının açılış mərasimi keçirilir.


Operativ24 xəbər verir ki, Qurultay ölkəmizdə qadın hərəkatının əsasını qoymuş ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda, müstəqil Azərbaycanın ilk Qadın Qurultayının 25 ili münasibətilə təşkil edilib. Tədbirdə paytaxt və bölgələrdən 600-ə yaxın qadın iştirak edir.

Azərbaycan Qadınlarının VI Qurultayında “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə 4 paneldə müzakirələr aparılacaq.

Tədbirdə iştirak edən Türkiyə, Özbəkistan və Tacikistanın dövlət rəsmiləri, Milli Məclisin deputatları, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələri, görkəmli ictimai-siyasi xadimlər çıxış edərək panel mövzular ətrafında fikir və təkliflərini bildirəcəklər.

Yekunda müzakirə və təkliflər əsasında qətnamə qəbul olunacaq və Azərbaycan qadınlarının Prezident İlham Əliyevə müraciəti səsləndiriləcək.






Starxeber Bizi instagramda izləyin