15:01 Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək  |     20:01 “Nar”dan sahibkarlar üçün sərfəli təkliflər  |     17:17 KƏŞ ölkələrinin liderləri ötən gün Dohada bir araya gəliblər  |     15:30 Məişət zorakılığı mövzusunda beynəlxalq konfrans keçirilir  |     13:10 Emil Quliyevin qalmaqallı statusu: Nə baş verir? - Mərkəz AÇIQLADI  |     11:09 Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin sayı üç dəfə artıb  |     11:06 Məişət zorakılığından zərərçəkənlər üçün 9 yardım mərkəzi fəaliyyət göstərir  |     23:58 “Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş  |     11:36 İstanbul "2024-cü ildə səyahət etmək üçün ən yaxşı 50 yer" siyahısındadır  |     12:48 Fizaka "Şirlər Xəzinəsi" ilə gəlir  |     12:52 Elçin Əzizov haqqında başladılan qarayaxma kampaniyasına SON QOYULMALIDIR!  |     12:16 “Nar” Laçın şəhərində ilk mağazasını açdı!  |     14:37 Gəncə Dövlət Universitetində “Psixologiya elminin maraqlı və məsuliyyətli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib  |     12:54 Haqsızlıqla üzləşən Qarabağ qazisi prezidentə müraciət etdi  |     00:25 “Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur  |     14:00 Bakıda “Avropada təhsil” sərgisi keçirildi  |     13:37 Dəmir yumruq” - xalq və ordu birliyinin təcəssümü  |     15:48 “CinemaPlus” kinoteatrında “Çok aşk” romantik komediyası - VİDEO  |     22:19 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |     21:01 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |    
BMTM nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər edib
Sosial 19.10.2023 131

15-18 oktyabr tarixlərində BMTM-in  İdarə Heyətinin sədri Fərid Şəfiyevin rəhbərliyi ilə mərkəzin nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına səfəri baş tutub. Səfər zamanı bu ölkənin aparıcı beyin mərkəzlərində görüşlər, dəyirmi masalar təşkil olunub, tərəflər arasında regional məsələlər və ikitərəfli münasibətlər haqqında fikir mübadiləsi aparılıb.

BMTM-in nümayəndə heyəti ilk öncə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyininin Şahzadə Səud Əl-Faysal Diplomatik Araşdırmalar İnstitutunda ikitərəfli əlaqələr və regional münasibətlər mövzusunda konfransda gənc diplomatlar qarşısında çıxış edib. BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev “Cənubi Qafqaz-Yaxın Şərq regionunda geosiyasi hadisələr”, şöbə müdiri Cavid Vəliyev “Türk və ərəb dünyası münasibətlərinin inkişafında Azərbaycanın rolu”, aparıcı məsləhətçi Lalə Xəlilzadə isə “Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı əlaqələri” mövzularında çıxış ediblər. Konfransın sonunda səudiyyəli gənc diplomatların regionda cari geosiyasi vəziyyətlə bağlı sualları cavablandırılıb.

Səfər çərçivəsində BMTM nümayəndə heyətinin iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən İran Araşdırmaları üzrə Mərkəzdə (RASANAH) dəyirmi masa keçirilib. Dəyirmi masada iki ölkə arasında əlaqələr və inkişaf strategiyası, Azərbaycan və Ermənistan arasında cari vəziyyət, İsrail-Fələstin münaqişəsi müzakirə olunub. Görüşün sonunda RASANAH rəhbərliyi BMTM ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, iki mərkəz arasında əlaqələrin daha yüksək çatmasını arzuladıqlarını vurğulayıblar.

Həmçinin səfər çərçivəsində BMTM nümayəndə heyəti Ərəb-Rus Araşdırmaları üzrə İnformasiya Mərkəzi-CIARS və Araşdırma-Elmi Kommunikasiya Mərkəzi ilə də görüşlər keçiriblər. Görüşlər ətrafında ikitərəfli əlaqələr, regional münasibətlər və gələcək birgə fəaliyyət perspektivlərinin müzakirəsi ətrafında aparılıb.

Keçirilən görüşlərdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev də iştirak edib.






Starxeber Bizi instagramda izləyin