16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Qırmızı Ürəklər könüllüləri heyvan sığınacağına yardım etdi
Sosial 19.10.2023 253

Qırmızı Ürəklər Fondunun könüllüləri “Pəncəli Ürəklər” aksiyası çərçivəsində “Good World Animal Rescue and Protection” (GWARP) heyvan sığınacağını ziyarət edərək qida yardımı ediblər.


Qırmızı Ürəklər Fondu fəaliyyətdə olduğu 3-il ərzində heyvanların müdafiəsi istiqamətində bir çox sosial məsuliyyət layihələri həyata keçirərək cəmiyyətdə evsiz heyvanlara dəstək mövzusunda fərqindəlik yaratmağa çalışır. Belə ki, fondun məktəbli heyvansevər könüllüləri 6 saylı məktəb-liseyin şagirdləri Ayla Ağayeva, Xədicə Əliyeva “Landau məktəbi”nin şagirdi Sima Hüseynzadə, “Azerbaijan British College”in şagirdi Məryəm Hüseynzadə, Xəzər Universiteti Dünya Məktəbinin şagirdləri Said Aslanov və Cavad Aslanov məktəblərdə yarmarkalar təşkil edərək bu aksiya üçün ianə toplayıblar. Toplanan məbləğ ilə heyvan sığınacağına qida üyüdən aparat ianə edilib. Həmçinin bu layihə çərçivəsində müxtəlif restoran və otellərlə danışıqlar aparılıb ki, artıq qalan uyğun qida tullantıları toplanaraq heyvan sığınacağına göndərilsin.

Sevindirici haldır ki, layihənin təşəbbüskarları 12-16 yaşlı məktəbli könüllülərdir. Onlar Fondun layihələrindən ilhamlanaraq təbiətin, canlıların qayğısına qalmaq və bu mövzuda töhfə vermək üçün müraciət ediblər. 

Qeyd edək ki, “Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar






Starxeber Bizi instagramda izləyin