16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
SOCAR AQŞ daha bir mürəkkəb qazma layihəsini uğurla başa çatdırıb
Sosial 9.10.2023 377

SOCAR AQŞ mürəkkəb layihələrdən biri olan, eləcə də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tarixində "Günəşli" yatağında ilk dəfə 8 saylı platformadan yan lülə quyusu qazıb.


Yan lülə quyusu Fasilə lay dəstəsinə uğurla qazılaraq sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyinə təhvil verilib.

Quyuda 6 5/8” istismar kəməri daxilində istiqamətləndirici qoyularaq, iki kəmərdən pəncərə kəsilərək yan lülə 2 985 metr dərinliyə uğurla qazılıb. Qazma əməliyyatları yerinə yetirilərkən real zamanda təzyiqlərə, layların dəyişməsinə və quyu istiqamətinə nəzarət olunub.

Quyu layihə dərinliyinə qazıldıqdan sonra, 4 ½” istismar quyruq kəməri xüsusi asqı avadanlığı vasitəsilə uğurla endirilib.

Udulmaya meyilli layların mövcudluğunu nəzərə alaraq SOCAR AQŞ bu quyuda ilk dəfə olaraq yeni texnologiyalardan istifadə etməklə istismar quyruq kəmərini sementləyib. İstismar quyruq kəməri quyuağzı avadanlıqla birgə plana uyğun olaraq kipliyə sınanıb, sifarişçi tərəfindən təyin edilmiş hədəflər üzrə obyekt tam açılıb və quyu yüksək debitlə istismara verilib.

SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev qeyd edib: “Yan lülə quyularının qazılması uzun illər istismarda olan bir çox quyunun debitini artırmaq üçün olduqca önəmlidir. Belə ki, "Günəşli" yatağında 300-dən çox quyunun hasilatını yenidən bərpa etmək üçün yan lülə quyularının qazılması xüsusi əhəmiyyət kəsb edir. Bu, ölkənin neft hasilatının uzunömürlülüyünün təmin edilməsinə, quyuların daha məhsuldar olmasına, eləcə də qazma işlərinin səmərəliliyinin artırılmasına xidmət edəcəkdir”.

Quyunun layihələndirməsində və qazılmasında vahid komanda kimi iştirak edən, əməliyyatların keyfiyyətlə və düzgün qaydada yerinə yetirilməsində SOCAR-ın “Azneft” İstehsalat Birliyinin rolu böyük olub.

Quyunun qazılması zamanı əməliyyatlar sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun aparılıb. Hal-hazırda quyuda mənimsəmə işləri uğurla davam etdirilir.

Qeyd edək ki, SOCAR AQŞ 2007-ci ildə Dövlət Neft Şirkəti, “Nobel Energy” və “Abşeron Qazma” MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.

Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir.

SOCAR AQŞ 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.

Daha ətraflı: https://www.socar-aqs.com/az/






Starxeber Bizi instagramda izləyin