16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
“Woman Bazaar - Dayanıqlı İnkişaf Festivalı”nın Festival Günləri baş tutacaq
Sosial 9.10.2023 113


“PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Woman Bazaar - Dayanıqlı İnkişaf Festivalı”nın Festival Günləri baş tutacaq.

“PAŞA Holding”in dəstəyi ilə üç ayı əhatə edəcək olan multidisiplinar festivalın əsas məqsədi həssas qrupu - valideyn(lər)ini itirmiş, əlilliyi olan, məcburi köçkün, məişət zorakılığından əziyyət çəkmiş və s. təmsil edən qadınların dayanıqlı təşəbbüslərini və sahibkarlıq fəaliyyətini dəstəkləmək, onların sosiuma reinteqrasiyasını sürətləndirmək, həmçinin, mövcud fəaliyyətlərin davamlılığının təmin olunması üçün bilik və bacarıqlarının artırılması ilə yanaşı, dəstək mexanizmlərinin genişləndirilməsinə təkan verməkdir.

İlk mərhələdə peşəkar təlimçilər tərəfindən sahibkarlığın hüquqi aspektləri, satış texnologiyalarından istifadə, dayanıqlı maliyyə menecmenti, biznes-planın hazırlanması, biznes etikası, brendinq kimi mövzularda sessiyalar keçirilib. Sentyabr ayı ərzində fəaliyyətlərinə dəstək məqsədilə sahibkarlar mentorla təmin ediliblər və onlayn mentorluq görüşləri baş tutub.

Üç aylıq (avqust-oktyabr) inkişaf yolunu əhatə edən multidisiplinar layihədə 14-40 yaş arası 80 qadın sahibkar iki mərhələni: “Təlim”, “Onlayn mentorluq” başa vurublar və layihənin üçüncü mərhələsi olan Festival Günləri çərçivəsində baş tutacaq satış sərgisində alıcıların qarşısına nəzərəçarpan inkişafla və professional brend olaraq çıxmağa tam hazırdırlar.

Qeyd edək ki, sərgidə “Qadınlar qadınlar üçün” və “Qadınlar biznesdə” mövzuları ilə çıxışlar, musiqi qruplarının ifası, tərəfdaşlarımızdan endirim və hədiyyələr, əyləncəli fəaliyyətlər nəzərdə tutulur. Həmçinin, festivalın 11 Oktyabr - Beynəlxalq Qız Uşaqları Günü ilə eyni həftəyə təsadüf etməsi ilə bağlı festival zamanı “Stereotipləri qıran qızlarımız” guşəsi də təşkil olunacaq.

Satış sərgisi haqqında ətraflı məlumat:

Tarix: 14-15 oktyabr, 2023

Saat: 14:00-19:00

Məkan: Passage 1901.

“Woman Bazaar 3” festivalı haqqında əlavə məlumatlar üçün sosial mediada bizi izləyin:

“Instagram”: https://bit.ly/48x4Dt2

“Facebook”: https://bit.ly/3EVZnRS

“Twitter”: https://bit.ly/3PRXAno

Qadın sahibkarlığının inkişafına dəstək olmaq istəyən hər kəs bu sərgiyə dəvətlidir.

İŞTİRAK ÖDƏNİŞSİZDİR!






Starxeber Bizi instagramda izləyin