Sosial
9.10.2023
156
İspaniyanın "Sevilya" klubu baş məşqçisi Xose Luis Mendilibarla yollarını ayırıb.
Operativ24 xəbər verir ki, bu barədə Əndəlüs təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Sevilya" La Liqada 8 oyundan sonra 8 xalla 14-cü pillədə qərarlaşıb. Mendilibar ötən mövsüm komanda ilə UEFA Avropa Liqasının qalibi olub.