16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
“İctimai iştirakçılıq haqqında qanunvericilik və onun təbliği” layihəsi üzrə tədbir keçirib
Sosial 8.10.2023 158


Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi Qubada “İctimai iştirakçılıq haqqında qanunvericilik və onun təbliği” layihəsi üzrə tədbir keçirib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirilən layihəyə yerli icma nümayəndələri ilə yanaşı Quba İcra Hakimiyyətinin, bələdiyyələrin, yerli daxili işlər orqanlarının, təhsil sektorunun və bölgədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, medianın təmsilçiləri qatılıb.




Tədbiri açan layihə rəhbəri Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin sədri Səadət Bənənyarlı bildirib ki, qanunların işləmə mexanizmlərinin təkmilləşməsinin əsas şərtlərindən biri maarifləndirmənin genişləndirilməsidir:“Cəmiyyət həyatımıza ildən-ilə yeni-yeni qanunlar daxil olur. Onların hər birinin fəlsəfəsində ictimai münasibətləri tənzimləmək, sadə dillə desək, vətəndaş həyatının Konstitusiyanın təməl prinsiplərinə uyğun rahatlaşdırmaqdır. Hər bir qanun insanlara yeni hüquqlar, eyni zamanda vəzifələr verir. Onların işləmə mexanizmi isə o zaman mükəmməl olur ki, praktikada ortaya çıxan məsələlər zamanında qanunlara dəyişiklik edilməsilə aradan qalxır. Bu məqsədlə biz düşündük ki, cəmiyyət həyatımızın çox önəmli sahəsi olan ictimai iştirakçılıqla bağlı maarifləndirmə işinin bir hissəsini üzərimizə götürək və düşünürük ki, ortaq müzakirələr zamanı ortaya çıxan məsələlərin araşdırılması, doğru, zamanında qərarlar verilməsi qanunun daha yaxşı işləməsi baxımından faydalı olacaq”.



Daha sonra layihə üzrə təlimçi Günay Hüseyn məclis iştirakçılarına qanunla bağlı geniş bilgi verib, vətəndaşları qanunun müddəaları, bu qanunla əldə olunan hüqüq və vəzifələrlə tanış edib. Günay Hüseyn bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinə uyğun hazırlanan qanun vətəndaşların dövlət idarəedilməsinə cəlb edilməsi üzrə münasibətləri tənzimləyir: “Qanun eyni zamanda hər bir vətəndaşa mərkəzi və yerli qurumlara ictimai nəzarət imkanı verir ki, bu da bütün cəmiyyətlərin əsas problemlərindən olan şəffaflıq mühitinin yaradılması üçün son dərəcə önəmlidir. Çünki şəffaflığı təmin etmədən hakimiyyət orqanları üzərində vətəndaşların, vətəndaş cəmiyyəti institutlarının nəzarətini təmin etmək mümkün deyil”.



Daha sonra tədbir diskussiya formatında davam etdirilib. Yerli sakinlər daha çox icma səviyyəsində yerli qurumlarla münasibətlərdə qanunların verdikləri imkanlarla maraqlanıblar, eyni zamanda fərdi və icma adından konkret məsələ üzrə müraciətlərin edilmə qaydaları haqqında suallar səsləndiriblər.






Starxeber Bizi instagramda izləyin