16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyində Mövludu-Nəbi Həftəsi ilə əlaqədar tədbir keçirilib
Sosial 7.10.2023 154


Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyində Mövludi-Nəbi həftəsi ilə əlaqədar “Mömin inanan və güvən verən insandır” adlı tədbir keçirilibdir.
Tədbirin açılış mərasimində vətənimizin azadlığı uğrunda əziz canlarından keçən şəhidlərimizin ruhuna Qurani-Kərimdən ayələr tilavət edilib.
Tədbirdə çıxış edən Türkiyə Səfirliyinin Dini İşlər üzrə Müşaviri İhsan Açık tədbirin mahiyyətindən, keçirilmə səbəbindən danışıb. Hz. Peyğəmbərin həyatında doğruluq və doğru istiqamətin əhəmiyyətinə diqqət çəkib. Mövludi-Nəbi həftəsində belə bir əlamətdar tədbirin keçirilməsinin vacibliyini qeyd edib. Natiq öz çıxışında məktəb şagirdlərinə ömürlərinin sonuna qədər Üsveyi-Hasənə (Gözəl nümunə) olan Peyğəmbərimizi örnək alaraq yaşamağı tövsiyyə edib. İhsan Açık tədbirin təşkili üçün məktəb kollektivinə təşəkkür edib və öz dəyərli vaxtını ayırıb şagirdlərlə görüşə gəldiyi üçün sabiq Diyanət İşləri Başqanı Tayyar Altıkulaça öz minnətdarlığını bildirib.
 Daha sonra çıxış edən Sabiq Diyanət İşləri Başqanı Tayyar Altıkulaç belə bir əlamətdar tədbirdə iştirak etdiyi üçün məmnun olduğunu və qürur hissi keçirdiyini ifadə edib. Tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib. O Hz. Peyğəmbərin az danışıb çox işlər görən və nümunə bir şəxsiyyət olan bir Peyğəmbər olduğunu vurğulayıb. Hz. Peyğəmbərin həyatındakı nümunəvi davranışlardan bəhs edərək ən dəyərli bir şəxsiyyətin davranışları ilə örnək bir şəxsiyyət olduğunu bildirib. O eyni zamanda şagirdlərə öz tövsiyyələrini verib. Xarici ölkələrdə ən yaxşı universitetlərdə təhsil almaq hər nə qədər uğur hesab edilsə də, əsas uğurun həmin universitetləri bitirərək öz dövlətinə faydalı olmaq olduğunu qeyd edib. Sahib olduqlarının başqaları ilə paylaşılmasının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin müdiri Kadir Bektaşoğlu Türkiyədən təşrif buyuran qonağı salamlayıb və Hz. Peyğəmbərə həsr edilmiş tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə müəllim və şagirdlərə öz təşəkkürünü bildirib. Kadir Bektaşoğlu Sabiq Diyanət İşləri Başqanı Tayyar Altıkulaçla olan xatirələrindən danışıb. Rəhbərlik etdiyi təhsil müəssisəsinin uğurlarında Tayyar Altıkulaçın əvəzsiz əməyindən bəhs edib. O bütün şagirlərinə harda olmalarından asılı olmayaraq kim olduqlarını, harada olduqlarını və hansı coğrafiyaya aid olduğunu unutmamalarını və öz qəhrəmanlıq hekayələrini yazmaları üçün öz vətənlərinə dönmələrini tövsiyyə etdiklərini qeyd edib. Gənclərə eyni zamanda Peyğəmbərimizə layiq ümmət olmağı təmməni edib. Vətənimizin azadlığı uğurunda canlarından keçən şəhidlərimizi rəhmətlə anıb və onlara hər birimizin borcu olduğumuzu bildirib.
Daha sonra şagirdlərin ifasında şeirlər və ilahilər səsləndirilib. Tədbirin sonunda tədbir iştirakçılarına “Ən Gözəl Örnək Hz. Peyğəmbər” adlı kitab hədiyyə edilibdir.






Starxeber Bizi instagramda izləyin