16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Ceyhun Bayramov: "Bəzi ölkələr öz daxili siyasi gündəliklərini regiona proyeksiya etmək üçün təhlükəli addımlar atırlar"
Siyasət 7.10.2023 267

"Bəzi ölkələr öz daxili siyasi gündəliklərini regiona proyeksiya etmək üçün təhlükəli addımlar atırlar".


Operativ24 xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Milli Assambleyasının sədri Vladimir Orliçlə görüşü zamanı deyib.

Azərbaycan ərazilərində işğal dövründən qalma, beynəlxalq hüquqa zidd olaraq mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrin növbəti təxribatlarına cavab olaraq başlayan antiterror tədbirlərindən bəhs edən nazir həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağ bölgəsində mövcud qanunsuz hərbiləşmənin miqyasının bir daha hər kəs üçün aydın olduğunu diqqətə çatdırıb. O eyni zamanda bölgədə sülh və təhlükəsizliyə hədə olan bu real təhdidin aradan qaldırılmasına baxmayaraq, bugün bir sıra ölkələrin müxtəlif vasitələrlə öz daxili siyasi gündəliklərini regiona proyeksiya etmək üçün olduqca təhlükəli addımlar atdığını qeyd edib.

Azərbaycanın həmçinin mövcud çağırışlara baxmayaraq, bu kimi cəhdlərin qarşısının alınması, habelə sülh və reinteqrasiya prosesinin irəlilədilməsi əzmində olduğu bildirilib.






Starxeber Bizi instagramda izləyin