11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Millət vəkili Jalə Əhmədova beynəlxalq qurumlara sərt çağırış etdi
Siyasət 6.10.2023 272



Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə öz qərəzli mövqeyini nümayiş etdirən Avropa Parlamenti növbəti dəfə öz ənənəsinə sadiq qaldığını göstərdi.

Beynəlxalq hüquqa, ədalət prinsiplərinə deyil, ikili standartlara üstünlük verən Avropa Parlamentinin heç bir fakta söykənmədən qəbil etdiyi bu sənədin açıq-aşkar Fransanın diqtəsi ilə hazırlandığı hər birimizə məlumdur. Ermənistanın işğalçı siyasətinə 30 il ərzində göz yuman Fransa və Avropa Parlamenti bu gün Qarabağda beynəlxalq hüquq və normaların pozulmasından danışa bilməzlər.

Çünki Azərbaycanın terrora və separatizmə qarşı həyata keçirmiş olduğu və uğurla başa çatdırdığı lokal xarakterli antiterror tədbirləri zamanı yalnız legitim hərbi obyektlər məhv edilib. Azərbaycan humanizm prinsiplərinə sadiqliyini bu əməliyyatlar zamanı da nümayiş etdirib və qətnamədə qeyd edildiyi kimi mülki əhaliyə qarşı hər hansı bir zorakılıq əməlləri tətbiq edilməyib.
Qətnamədə deyildiyi kimi, bölgədə nə ermənilər zorla qovulub, nə də etnik təmizləmə baş verib!

Görəsən Avropa Parlamenti 33 il əvvəl məhz Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləməni görməmişdi? Təbii ki, görmüşdü, sadəcə erməni lobbisinə yararlanmaq üçün susmuşdu! 100 minlərlə azərbaycanlının əsrlər boyu yaşadıqları öz yurd-yuvalarından qovulmasını, hüquqlarının pozulmasını, yüzlərlə insanın qətlə yetirilməsini “görməyən” Avropa Parlamenti bu günə qədər azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı hər hansı bir qərar qəbul etməyib. Və bu gün xatırlayıb ki, insan haqları, hüquq və azadlıqları deyilən bir meyarlar var...

Avropa Parlamenti də, Fransa da bilsinlər ki, 30 il Ermənistanın işğalçılıq siyasəti ilə təkbaşına mübarizə aparmış Azərbaycan öz ərazisini, əzəli torpaqlarını işğaldan azad edib və bu gün regionda sülhün və sabitliyin bərqərar olunmasına çalışır. Yaxşı olardı ki, onlar Azərbaycan və Ermənistan arasında gərginliyi artırmaq yox, iki ölkə arasında sülhün bərqərar olunmasına çalışsınlar.






Starxeber Bizi instagramda izləyin