11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
MilliNet Müsabiqəsinə start verilir
Sosial 6.10.2023 358


Azərbaycan İnternetinin çox gözlənilən və faydalı müsabiqələrindən biri 
Milli İnternet Mükafatı - MilliNet 2023-cü il üçün layihələrin qəbuluna start verir. 
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan İnternetinin və informasiya texnologiyalarının inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqabətli mühit formalaşdırmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək verməkdən ibarətdir.

Bu il müsabiqə yenilikləri ilə fərqlənir. Belə ki, internet resursların qiymətləndirmə meyarları tamamilə yenilənib. Müsabiqəyə təqdim edilən resurslar əvvəllki üç istiqamət (dizayn, kontent və texniki) üzrə deyil, layihənin faydalılığı, əhəmiyyəti və əhatə dairəsi nəzərə alınmaqla qiymətləndiriləcək.

MilliNet 2023 müsabiqəsi 14 Nominasiya üzrə keçiriləcək.
Nominasiyalar aşağıdakı kimi təyin edilib:

İlin rəqəmsal hökumət həlli
İlin rəqəmsal təhsil resursu
İlin rəqəmsal maliyyə həlli
İlin e-ticarət həlli
İlin rəqəmsal sosial resursu
İlin rəqəmsal səhiyyə və sağlamlıq resursu
İlin innovativ həlli
İlin rəqəmsal oyunu
İlin informasiya resursu
İlin süni intellekt həlli
İlin rəqəmsal mədəniyyət və turizm həlli
İlin rəqəmsal biznes həlli 
Ilin rəqəmsal marketinq həlli

Xüsusi nominasiya
İlin rəqəmsal siması

İddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək öz layihələrini (saytlarını, mobil tətbiqlərini, sosial media resurslarını və s.) təqdim edə bilərlər.  
Müsabiqədə qalib gələnlərə ənənəvi Milli İnternet Mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq. 
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 17 noyabr tarixdə başa çatacaq. Qiymətləndirmə prosesi 15 dekabradək davam eddəcək. Yekun Təqdimat mərasiminin dekabr ayında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, MilliNet saytı tam olaraq yeniləndiyinə görə əvvəllər qeydiyyatdan keçənlərin də yenidən hesab yaratması vacibdir.
İddiaçılar 06 oktyabr tarixdən www.millinet.az saytında  qeydiyyatdan keçərək öz layihələrini (saytlarını, mobil tətbiqlərini, sosial media resurslarını və s.) təqdim edə bilərlər. 
Milli İnternet Mükafatına  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.

Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və 
İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.
MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Gold sponsorlar ALVENTURES, Lenovo, KATV1 və Caspel şirkətləridir.
Sponsorlar SABAH.HUB, Alas Academy , ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.
YODA, YeniMedia, ALAS Academy və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
MilliNet-in media tərəfdaşları TRİLOGY, Technote Media və Xəbərlər.az media resurslarıdır.
Geniş məlumat: www.millinet.az






Starxeber Bizi instagramda izləyin