11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Kapital Bank-ın “Data workshop” tədbirinə qeydiyyat başladı
Sosial 5.10.2023 171


Ölkənin birinci bankı Kapital Bank-ın “SUP.VC” şirkəti ilə birlikdə başlatdığı müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı layihənin 2-ci tədbiri “Data workshop” mərhələsinə qeydiyyat başladı. İki gün ərzində keçiriləcək tədbirdə yerli və beynəlxalq ekspertlər tərəfindən yüksək dayanıqlı məlumat bazaları ilə bağlı 4 müxtəlif mövzuda vörkşop keçiriləcək. Vörkşopda iştirakçılara real biznes tapşırıqları veriləcək, tapşırıqlar üzərində müzakirələr, analizlər aparılacaq və həll yolları təqdim ediləcək. 
Tədbirin ilk günü, 16 oktyabr tarixində ekspert “Infortius Bilisim” konsultasiya şirkətinin təsisçisi Özer Günal olacaq. O, “Garanti BBVA” bankı kimi bankçılıq, sığorta, tibbi maliyyə və e-ticarət sektorunda böyük məlumatların idarə edilməsi, yönləndirilməsi üzrə beynəlxalq təcrübəyə sahibdir. 
Data texnologiyaları sahəsindəki ən son yeniliklər isə Kapital Bank-ın Data menecment idarəsinin data texnologiyaları ekspert mərkəzinin lideri Tural Həmzəyevlə müzakirə ediləcək. O, texnoloji səyahətinə “Moskva Sillikon Vadisi Skolkovo” da innovativ startapda başlayıb. Ölkəmizdə bir neçə böyük şirkətin komandasında yer alıb. IBM-də fəaliyyəti zamanı bir çox transformasiya layihələrinə rəhbərlik edib. Paşa Bank, Sber Bank, Unikredi Bank və Aeroflot kimi tanınmış şirkətlər üçün konsaltinq xidməti göstərib.  
Tədbirin ikinci günü 17 oktyabr tarixində isə beynəlxalq ekspert “Venom Analitiks” şirkətinin rəhbəri Bora Sezen olacaq. O, “KOÇ Group”, “Tanı” CRM firmalarında dataların idarə olunması üzrə rəhbər vəzifələrdə çalışıb. Pərakəndə, maliyyə, enerji sektorunda böyük məlumatların idarə olunması üzrə geniş təcrübəsi olan Bora Sezen iştirakçılarla “Data analizin gücü ilə müştəri təcrübəsinin idarə edilməsi” mövzusunda biliklərini paylaşacaq. 
“Verilənlərin səyahətini necə izləməli və anlamalı” mövzusunda isə ekspert Mahir M.Quluzadədir. Bu sahədə 20 ildən çox təcrübəyə malik həmyerlimiz “Oracle Open World” (ABŞ), “UKOUG Tech 2018 -2019” (Böyük Britaniya), “DOAG 2018” (Almaniya) kimi beynəlxalq texnologiya konfranslarında verilənlər bazası sahəsində müxtəlif mövzularda çıxışları ilə yadda qalıb. 2015-ci ildə “Oracle” şirkəti tərəfindən “Oracle ACE” mükafatına layiq görülüb. 2019-cu ildə işində göstərdiyi yüksək nəticələrə görə Azərbaycan Respublikasının prezidenti tərəfindən “Tərəqqi Medalı” ilə təltif olunub. Hazırda Mərkəzi Bankda verilənlər bazası administratorları komanda lideri və böyük-mühəndis proqramçı kimi fəliyyətini davam etdirir. 
Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir






Starxeber Bizi instagramda izləyin