11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Müasir dövrün tarixi - VANDA
Sosial 22.08.2023 8 075

Türkiyə deyəndə ilk olaraq adamın ağlına tarix gəlir. Tarixən öz adını ulu kitablara həkk etməyi bacaran bu diyar, bu gün də öz üslubu ilə seçilir. Qərbi Asiyanın Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkənin özünəməxsus memarlıq dayaqları var. Biz də yolumuzu tarixin simvollarından, yəni tarix-memarlıq abidələrindən saldıq. Necə deyərlər, hər şey unudular, tarixdə görülən işlər daima yaddaşlarda qalar.
İlk getdiyimiz ünvan Van şəhərində Hoşap Qalası oldu. Biz çatar-çatmaz bu əsrarəngiz tarixi məbəddə təmir-bərpa işlərinin aparıldığını gördük. Tarixi abidə yeni kökə salınırdı, əzəmətinə rəng qatılırdı. Orta əsrlərə aid olan bu qala sıldırım bir yamac üzərində yerləşir. Türkiyə-İran arasındakı yol üzərindən olmasından dolayı qədimdən strateji əhəmiyyəti vardı. Qala eyni adı daşıyan Hoşap suyunun sıldırım qayalıqları üzərində yüksəlir. Məna olaraq yaxşı və ya şirin suya əvəz olur. Rəsmi adı isə Gözəlsudur. İndiyə qədər qalan bir çox tikililər regionda Mahmudi Süleyman adlandırılan şəxs tərəfindən 1643-cü ildə tikdirilmişdir. Əfsanəyə görə, bu müdhiş quruluşu tikən memarın əlləri, digər bir dənə daha beləsini tikər deyə kəsilirdi. 


Hoşapın məlum olan tarixi Urartulara qədər gedir. Bu dövrdə Hoşap qalasının cənub- şərqə açılan Tuşba-Kelişin ordu yolu ilə, Van-Kotur şərq yolunun kəsişdiyi qovşaq nöqtəsində hərbi bir müəssisə olaraq qurulduğu qəbul edilir.

Urartulardan sonra Van və ətrafı ilə birlikdə Hoşap, Fars, İsgəndər, Selevkos, Roma və Bizans hakimiyyətində qalmışdır. Orta əsrlərdə Vaspurakan Krallığı şəhərləri arasında yer almış, XI əsrdən başlayaraq Türklərin hakimiyyətinə girmişdir.

Səlcuqlularla başlayan Türk hakimiyyəti, Elxanilər dövründə davam etmiş və bu dövrdə Vilayəti-Ermen olaraq adlandırılan Van əyalətinin bir şəhəridir. Daha sonra Qaraqoyunlular hökmdarı Qara Yusif tərəfindən Mahmudilər olaraq adlandırılan kürd tayfası Hoşapa yerləşdirilmişdir. Burada Mahmudilər öz adlarıyla anılan bir bəylik qurmuşlar. Osmanlı dövründə, Osmanlı-Səfəvi mübarizələrində Osmanlılardan tərəfdən hərəkət edib, uğur göstərmələri nəticəsində onlara bir sıra imtiyazlar verilmişdir. Hoşapda dövrümüzə qədər salamat qalmış qalada yaşayan bu bəylər varlıqlarını 1839-cu il Tənzimat fərmanının elanına qədər davam etdirmişlər.

Əslində qalanın 1643-cü ildə əvvəl mövcud olduğunu Matrakçı Nasuhun 1548-1549-cu illərdə Qanuni Sultan Süleymanın 11-ci İran yürüşündən qayıdarkən marşrut üzərində Kalei Mahmudi olaraq adından söhbət etməsi göstərməkdədir. Övliya Çələbi də Səyahətnamə əsərində 1650-ci ildə uğradığı Hoşap qalasından bəhs edir. Qalanın mövqeyini anlatdıqdan sonra iç qalanın giriş qapı qanadları üçün Osmanlı ölkəsində qala qapıları həmişə ağac üzərinə dəmir örtülü qapı ki, od olsan, ağac yanar, dəmirlər tökülər. Amma bu Hoşap qala qapısının hər qanadı üç yüz yığın-yığın Naxçıvan dəmirindəndir. Heç ağac hissəsi yoxdur deyir.
Tarixsevərlər tarixin qoxusunu duymaq istəyirlərsə Vana gəldikdə hökmən bu qalaya baş çəkməlidirlər.

Çavuştəpə

Növbəti dayanacaq Van Cavuştəpə qalası oldu. Qalaya çatanda susqun yer gözümün qarşısına gəlsə də, mərkəzə daxil olanda kubarlıq, keçmişin eskizlərini özündə cəmləyən, girişində istirahət məkanı gördüm. Keçmişin parkı, su quyuları, pilləkənləri, cığırları və s.
Amma əsl möhtəşəm tarix tarixin özü, tarixi özündə canladan Mahmud Baba oldu. Mahmud Baba görkəmli akademik, ünlü tarixçi, eyni zamanda dünyadakı 12 nəfərdən biridir. O Urartu tarixini və Urartu dilini bilən dünyada 7, Türkiyədəki 5 kişidən biridir. Sözün əsl mənasında, 5 kişidən biri. Bu qalada qurban kəsiminin yerini bizə görsədan tarixçi, həmən yerdən axan bulaq suyunun da mənasını anlatdı. Hələ o zamandan bu deyim var, qanı-qanla yumazlar. Urartunun adını eşidib, özünü görməyənlər bura gəlsin. Mahmud Baba sizə məşanə söyləyir, yəni, salamlar!


Nə gözəldir Van gölü 
Sodalı göl, min dərdin dərmanı, göz yaşı. Dərinliyi 1 km-ə yaxın olan bu gölün öz balıqları, öz müalicəvi tərəfləri var. Ayaq göbələyinin qarşısını alar, şəkər xəstələrinə dərman olar. 

Urartaya qədərki dövrdə göl assuriyalıların dövründə Nairi ölkəsinin gölü adlanıb. Ehtimal edilir ki, assuriyalıların dilində Nairi Hurrilərə deyilib. Urartu dövründəki gölün adı dəqiq məlum deyildir, lakin bəzi qədim yunan coğrafiyaçılarının yazdığına əsasən həmin vaxt göl Arsene adlanırdı. Bundan əlavə, bir çox qədim yazıçılar "Tospitis" və ya o vaxtkı Urartu paytaxtı Tuşpa adına uyğun "Topitis" adını istifadə edirdilər. Müasir adı "Van" yəqin ki, Urartu dilində Biayni sözündən qaynaqlanıb.
Van Gölü tektonik mənşəli hövzəsinin qərb hissəsində yerləşir və bir neçə dağ sistemləri ilə əhatələnib. Cənubda Şərqi Toros dağları, şərqdə kürd dağları və şimal-şərqdə Aladağlar dağları ilə. Hövzəsinin qərb və şimal-qərbində bir neçə sönmüş vulkanları var. Orta pleystosen dövründə, 200,000 il əvvəl, Nemrut vulkanı püskürməsi 60 kilometr uzunluğunda lava axını formalaşdırdı. Bu Van hövzəsindən Muş hövzəsinə su axınını bağladı və gölün meydana gəlməsinə səbəb oldu. Belə ki, Van Gölü dağlarla əhatə olunmuş hövzənin ən dərin hissəsini tutur.
Burada gəmi turunda Akdamar adasına getmək unudulmaz zövq verir. 35 dəqiqəlik yolda sərin mehdə, göz yaşı üzərində getməyin özü bir tarixi anlardır.

Van Arxaleoji muzey kompleksi — keçmiş Vanın tarixi yerləri qeyd olunmuş xəritə, plan, sxem və Van aid məxsus abidələr təsvir olunmuş stendləri; Vanın şərqindən aşkarlanmış ov səhnəsi, insanı qurban vermək, müqəddəs nikah və s. təsvirlər həkk edilmiş, ümumi ideoloji dünyagörüşü sistemi təqdim olunmuş, e.ə 3-2-ci minilliyə aid qayaüstü rəsmləri; bütlər; meqalitik abidələr; arxeoloji tapıntılarla zəngin arxeoloji qalereya; orta əsrlərə aid yaşayış evlərinin konservasiya olunmuş qalıqları; qədim dulusçuluq, xalçaçılıq, dəmirçilik sənətinin nümünələrini; interyeri və eksteryeri ilə öz dövrünü əks etdirən 18-cu əsrə aid ikimərtəbəli yaşayış evi; təsərrüfatın canlı nümunələri- qoyunçuluq, dəvəçilik, atçılıq və s. özündə birləşdirir.


 Van Qalasında günəşlə üzbəüz 


Van qalası — Urartu dövləti tərəfindən kütlə halında daşdan tikilən və Urartunun paytaxtı Tuşpa şəhərini yaxşı görə bilən istehkam tikilisidir. Van gölü sahilində olub, Van şəhərinə 5 km uzaqlıqda yerləşən bu qala sıldırım bir qaya üzərində inşa edilmişdir. Qala 1800 metr uzunluğunda, 120 metr genişliyində və 80 metr yüksəkliyindədir. Qala e.ə əvvəl IX əsrdə Lutiprinin oğlu Sarduri tərəfindən 840–825-ci illər arasında tikilmişdir. Çox sayda bu cür istehkamlara indiki Ermənistan, Türkiyə və İranda rast gəlmək olur. Adətən bu cür tikililər yer səthindən yuxarı çıxmış qayalarda və yamaclarda tikilirdi. Bu cür qalalar əsasən xarici ordulara qarşı durmaq üçün deyil, region nəzarəti üçün istifadə edilirdi. Van şəhəri ətəklərindəki bu binanın xarabaları onun divarlarının Orta əsrlərdə tikildiyini təsdiqləyir.

Qalaya əsl alpinistlər kimi çıxdıq, açığı çətin deyildi, əksinə, bir az kalori itirdik, buna deməliyəm. Ən yüksək zirvəyə çıxdıqda günəşlə üzbəüz dayandıq, günəşin batan vaxtı idi, möhtəşəm mənzərə yarandı. Özü də buranı xüsusi mühafizə xidməti qoruyur, axı bu qalada qızıl, briliant və digər daş-qaşlar yatır. Günəşlə üzbəüz olmaq istəyirsinizsə yaxın gəlin.

Ağa Dadaşzadə Van






Starxeber Bizi instagramda izləyin