11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi
Sosial 21.07.2023 571


“Nar”, 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini artıq ənənəvi olaraq təşkil olunan intellektual yarışmada bir araya gətirib. 20-dən çox media orqanını təmsil edən jurnalistlər 7 komandada biliklərini yarışdırıblar. Bu ilki yarışmada iştirakçılara 7 tur boyunca milli və dünya mədəniyyətinə, tarixə, texnologiyaya aid müxtəlif çətinlikdə suallar verilib. Bununla yanaşı, komanda quruculuğu oyunları ilə media nümayəndələrinin bir-biri ilə daha yaxından tanışolma fürsəti olub. 

Qaliblərin seçimi zamanı həm intellekt yarışının xalları, həm də komanda quruculuğu oyununun nəticələri nəzərə alınıb. Nəticə etibarilə, yarışda qalibiyyəti “Ziya” komandası qazanıb, “Yeni Həyat” komandası 2-ci, “Molla Nəsrəddin” komandası isə 3-cü yerləri tutublar. Qalib komandalara “Nar” tərəfindən xüsusi hədiyyələr təqdim edilib.  

“Nar” maariflənməni təşviq etmək məqsədilə müxtəlif sosial layihələr həyata keçirir, eyni zamanda intellektual yarışların dəstəkçisi rolunda çıxış edir. Layihələr haqqında daha ətraflı məlumat üçün: https://www.nar.az/projects/ .






Starxeber Bizi instagramda izləyin