11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Meşəlidə dastan yazan QƏHRƏMAN HİDAYƏT RÜSTƏMOV
Sosial 2.08.2023 181

Bu elə bir yaradır ki, danışmaqla bitmək bilməz, sussan gözlərdən yaş olub, sözlər gilələnər…


Meşəli faciəsi də xalqımızın başına gətirilən müsibətlərin bir hissəsidir. Bəli, bir hissəsi. Erməni daşnaqlarının xalqımızın başına gətirdiyi dəhşətlər o qədər çoxdur ki, danışdıqca ardı gəlməkdə davam edir.


Yaxın günlərdə Vaqif Xaçaturyanın saxlanılması ilə həm meşəlilər, həm də bizlər o dəhşətli anlara bir də qayıtmış olduq.

O vaxt meşəlilərlə bərabər əsgərlərimiz də döyüşür, canı bahasına o günahsız, əliyalın insanları mühasirədən xilas etmək üçün əllərindən gələni edirdilər. Həmin qəhrəmanlardan biri də Hidayətov Rüstəmovdur.

Qəhrəmanımız 19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində dünyaya göz açıb. Burada orta məktəbi bitirən Hidayət daha sonra Ağdam 50 saylı texniki-peşə məktəbində təhsilini davam etdirib. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olan igidimiz 1991-ci il Ağdam rayonu Daxili İşlər Şöbəsinin post-patrul alayına daxil olur. Vətənimizin cəsur övladı qaynar döyüşlərə girməkdən heç çəkinmir. Şərəfli döyüş yolu keçən Hidəyət bu zaman kəsiyində çox sayda qəhrəmanlıqlar göstərsə də, özünü xalqına, millətinə qurban verdi. 23 dekabr 1991-ci il erməni işğalçıları Meşəli kəndinə hücum edərək ağılasığmaz vəhşiliklər törədən zaman düşmənə qarşı gedən döyüşlərə Hidayət də qatılmışdı. Boş evlərin birini özünə istehkam seçən cəsur polis çavuşu Hidayət qəfil sərrast atəşlərlə erməni quldurlarının xeyli qüvvəsini məhv etdi. Bu zaman Murdar erməni faşistləri evə od vurdular. Qorxunun nə olduğunu bilməyən Azərbaycan döyüşçüsü son nəfəsinə qədər vuruşdu və qəhrəmancasına həlak oldu.

Özünü vətəninə, xalqına fəda edən oğlumuz subay idi. Bəlkə neçə arzusu, diləyi onunla birgə torpağa gömüldü. Lakin o bunlara bilərəkdən, xalqının dar günündə günahsız insanların imdadına yetişmişdi. Özünü, arzularını, xəyallarını ana vətəninə qurban verərək, şəhidlik zirvəsinə ucaldı.

Qeyd edək ki, Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

O, Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.






Starxeber Bizi instagramda izləyin