11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Heç bir xəyanət cəzasız qalmır
Sosial 28.07.2023 249


Qubad İbadoğlunun həbs olunması xəbəri böyük rezonans doğurmadı. Çoxları üçün bu gözlənilən və baş verməsi labüd hesab olunan məsələ idi. 90-cı illərin sadə əhali üçün hələ qarışıq və anlaşılmaz olduğu dövrdə sinəsini qabağa verib xalqı “ağ günə” çıxaracaqlarına vəd edənlərin ilk sıralarında bir çoxları kimi, Qubad İbadoğlu da var idi.

Heç bir siyasi təcrübəsi olmayan məzlum xalqın günbəgün itirilən torpaqları mitinqlərdə psevdo-patriotların yüksək pafosla şeir söyləməklə azad edəcəklərinə inanmaqdan başqa çarəsi qalmamışdı. Ömründə bircə dəfə də olsa öz ailəsi, kəndi, şəhəri üçün heç bir faydalı iş görmək iqtidarında olmayan söz pəhləvanları işğala və etnik təmizləməyə məruz qalmış bir xalqı bu bəladan qurtarmağın yollarını hamıdan yaxşı bildiklərini iddia edirdilər. Əvəzində xalqdan bir istəkləri vardı – hakimiyyət.

İşğal olunan torpaqların, qaçqın və məcburi köçkünlərin və cəbhə bölgələrində verilən qurbanların sayı artdıqca “xalq qəhrəmanlarının” siyasi hakimiyyətə yiyələnmək ehtimalı da artırdı. Torpaqlarımızın işğalına və bir milyon soydaşımızın faciəsinə gətirib çıxaran bu hadisələrin dalğasında o zamankı ictimai-siyasi həyatın gündəmində Əli Kərimli, İsa Qəmbər, İsgəndər Həmidov, Rəhim Qazıyev və bir çoxları kimi Qubad İbadoğlu da var idi. Bir xalq üçün müqəddəs sayıla biləcək hər şeyi öz hakimiyyət ehtiraslarına qurban verməyə hazır olan bu insanlar dövlət kürsülərinə oturandan sonra xalqa verdikləri vədləri unudub, hakimiyyətdən əldə etməyə çalışdıqları sərvət və mənsəb bölgüsü uğrunda öz aralarında mübarizəyə girişdilər. Bu savaşlardan bir pay ala bilməyən Qubad İbadoğlu şansını sayı gündən günə göbələk kimi artan siyasi partiyalarda sınamağa başladı. AXCP, AMİP, Müsavat partiyalarında gözləntilərinin doğrulmadığını görəndə Qubad İbadoğlu özünün ADR adlandırdığı siyasi hərakatını yaratmaq qərarına gəldi. Son bir neçə onillik ərzində siyasi çarpışmalardan əliboş çıxmış bir sıra məsləkdaşları da onun siyasi hərəkatında təmsil olundular. Lakin Qubad İbadoğlunu sadəcə siyasi hərəkat lideri rolu qane etmirdi və uzun tərəddüdlərdən sonra o təsis etdiyi hərəkatı siyasi partiyaya (ADRP) çevirmək qərarına gəldi. Qubad İbadoğlunun tez-tez təkrarlanan mövqe dəyişikliyi və şübhəli manevrlərindən razı qalmayan məsləkdaşları növbəti dəfə ondan ayrılmaq qərarına gəldilər. Səxavət Əlisoy və Adil Qeybulla kimi ictimai-siyasi arenada tanınan isimlər ADR-dən çıxdıqlarını bəyan etduikdən sonra hərəkat üzvlərinin istefası kütləvi xarakter aldı. Partiyanın Naxçıvan ərazisində yaradılmış bütün strukturları ökütləvi şəkildə istefa verərək partiyanın buraxıldığını bəyan etdilər. Beləliklə, uzun müddət ölkənin siyasi həyatına soxulmaq üçün müxtəlif cildlərə girmiş psevdo-siyasətçi daxil olduğu heç bir qrupda, partiyada, cəmiyyətdə və təşkilatda uzun müddət qərar tuta bilmədi. Özünün yaratmağa cəhd etdiyi siyasi partiya isə ölkənin siyasi həyatına doğulmamış öldü.

İllər boyu inadlı cəhdlərinə baxmayaraq özü haqqında “siyasi xadim” fantaziyasını gerçəkləşdirə bilməyən Qubad İbadoğlu öz uğursuzluqları ilə barışmaq istəməyəndə öz yerini Azərbaycana qarşı fəaliyyət göstərən beynəlxalq qeyri-hökümət təşkilatlarının himayəsində gördü. Son illər ərzində Azərbaycana qarşı “ifşaedici materiallar” toplamaqla məşğul olan bir neçə beynəlxalq təşkilat və GHT-lər Qubad İbadoğlunun ümidsizliyindən məharətlə yararlandılar. Kiçik həcmli qrantlarla Qubad İbadoğlunu özününküləşdirən bu təşkilatlar onu Azərbaycana qarşı istifadə etmək fürsətini əldən buraxa bilməzdilər. İbadoğlunu ölkəmizə qarşı “demokratiya və insan haqları” silahına çevirməyə çalışanlar onu nəinki Avropaya, hətta okeanın o biri tayına da aparıb çıxardılar və ona siyasi uğursuzluqların qisasını almaq metodlarını öyrətdilər. Doğrudur, Qubad İbadoğlu bu təlimatlara yaradıcı şəkildə yanaşmağı da bacardı. Məsələn, London İqtisadiyyat məktəbinin (LSE) kitabxanasından istifadə etmək hüququnu Azərbaycan xalqına həmin ali məktəbin professoru kimi təqdim etməkdən də çəkinmədi. Burada ən maraqlı məqam professorun hansı dildə mühazirə oxumasıdır. İngilis dilində mətni anlaşılan şəkildə üzündən oxuya biilməyən psevdo-professor hər gün kamera qarşısına keçərək öz xalqını aldatmaqdan utanmadı. Məşhur ali məktəbin loqotipi qarşısında özünü ingiis gənclərinə dərs verən professor kimi təqdim edən Qubad İbadoğlunun əslində professor yox, sadəcə “visitor” olması isə həmin ali məktəbin internet səhifəsində açıq-aydın göstərilib. Bu status ona yalnız kiçik bir ödəniş müqabilində öz tədqiqatları üçün həmin ali məktəbin kitabxanasından istifadə etmək hüququ verir. 

Qubad İbadoğlunun bütün bu manevrlərlə nəyə nail olmaq istədiyini başa düşmək çətindir. Ali təhsilli bir şəxs kimi, bütün məchulların bir gün məluma çevrildiyini bilməmək və ya buna məhəl qoymamaq ən azı cahillikdirsə, öz uğursuzluğuna görə xalqından və dövlətindən qisas almaq cəhdlərini yalnız xəyanət adlandırmaq olar. Türkiyə hüquq-mühafizə orqanlarının FETO araşdırmaları zamanı onun adının və terrorçu təşkilatla əlaqələrinin üzə çıxması “professorun” əslində hansı sahədə mütəxəssis olduğuna işıq salan sonuncu xəbərdir.

30 illik qanlı bir müharibəni möhtəşəm zəfərlə başa vurmuş bu xalq belə bir xəyanətə layiq deyil. Odur ki, yenicə başlanmış istintaq araşdırmaları Qubad İbadoğlunun gizli fəaliyyətlərinin hər birinə aydınlıq gətirəcək və bir daha hər bir xəyanətin gec və ya tez layiqli cəzasını aldığının şahidi olacağıq.

Cavanşir Feyziyev

 






Starxeber Bizi instagramda izləyin