14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Park Cinema-da "Gizli Zərbə" və həyəcan dolu gecə - FOTO
Media 27.07.2023 152

Park Cinema-da "Gizli Zərbə" və həyəcan dolu gecə!


 Park Cinema Alov Qüllələri kinoteatrında "Gizli Zərbə" filminin qapalı nümayişi keçirildi.

Filmin nümayişindən öncə, qonaqlar filmə həsr olunan, əyləncə dolu tədbirdə iştirak etdilər.

Tədbirdə 280 nəfərə yaxın qonaq iştirak etdi, bunların arasında KİV nümayəndələri, blogerlər,aktyorlar, mədəniyyət və incəsənət xadimləri yer aldılar.

Qeyd edək ki, "Gizli Zərbə" filminin qapalı nümayişi rəsmi premyeradan 2 gün öncə keçirildi və nümayişdə iştirak edənlər filmi ilk izləyənlərdən oldu.

Baş rollarda Ceki Çan və Con Sinanın olduğu filmdə, iki keçmiş xüsusi təyinatlı əsgərin, İraqda xilasetmə əməliyyatından behs edilir. Böyük qarət həyata keçirmək istəyən dəstənin qarşısını yalnız baş qəhramanlarımız ala bilər.

Tamaşaçılar 27 iyul tarixindən etibarən "Gizli Zərbə" filminə Park Cinema şəbəkəsinin Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall kinoteatrlarında izləyə bilərlər.

Qeyd edək ki, hazırda Park Cinema kinoteatrlar şəbəkəsində "Super Gün" , "Tələbə" və "Ailə Tarifi" aksiyaları davam edir və "Gizli Zərbə" filmini izləmək istəyənlər biletləri xüsusi endirimlə əldə edə bilərlər. Biletləri www.parkcinema.az saytından və ya kinoteatr kassalarından əldə edə bilərsiniz.

Məqaləyə dair fotomateriallar:






Starxeber Bizi instagramda izləyin