11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
RED BULL YAĞLI DİRƏK YARIŞINDA QALIB BƏLLİ OLDU - VİDEO
Sosial 24.07.2023 279

RED BULL YAĞLI DİRƏK YARIŞINDA QALIB BƏLLİ OLDU


 

Operativ24 xəbər verir ki, Pirallahıda yerləşən Nərəkənd parkında ölkəmizdə ilk dəfə Red Bull Yağlı Dirək yarışı keçirildi. Böyük marağa səbəb olan yarışda Emin Orucov bayrağa çataraq onu götürməyi və birinciliyi qazanmağı bacardı. 50-ci nömrəli iştirakçı olan qalib Emin Orucov 1000 azn pul mükafatı qazandı.

Red Bull Yağlı Dirək yarışında 1-ci yerin qalibi Emin Orucov:

“Qalib gəlməyimin əsas səbəbi sürət və qaçarkən ancaq bayrağa fokuslanmağım oldu. Dirəyin üzərində olarkən bütün fikrim bayraqda idi. Kənarlara baxsaydım və ya tərəddüd etsəydim, bəlkə də yıxılardım. Birinci olduğum üçün çox xöşbəxtəm.”

Ümumilikdə 111 nəfərin mübarizə apardığı Red Bull Yağlı Dirək yarışında 2-ci və 3-cü yerləri müəyyən etmək üçün ikinci raund da keçirildi. Bu raundda isə iştirakçı Emil Kiçibəyov 2-ci, Elvin Qarayev isə 3-cü yerin qalibləri oldu. Onlar müvafiq olaraq 500 və 250 azn pul mükafatı qazandılar.

3 saat davam edən yarışda iştirakçılar bayrağı götürmək üçün sona qədər mübarizə apardılar. 11 metrlik yağlı dirəyin üstündə qaçmaq isə həm tamaşaçılar həm də iştirakçılar üçün həyəcanlı və əyləncəli anlarla yadda qaldı. 






Starxeber Bizi instagramda izləyin