11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Fəxrəddin Altun: “FETÖ təkcə Türkiyənin deyil, insanlığın da düşmənidir”
Sosial 14.07.2023 165


Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “15 iyul Demokratiya və Milli Birlik Günü” tədbirləri çərçivəsində İsveçin paytaxtı Stokholm və Almaniyanın paytaxtı Berlində keçirilən “15 İyul Türkiyənin Demokratiya Zəfəri” mövzusundakı panelin iştirakçılarına video mesajla müraciət edib.

F.Altun Türkiyə Silahlı Qüvvələrinə (TSK) sızmış Fətullahçı Terror Təşkilatına (FETÖ) mənsub bir qrupun xain çevriliş cəhdinin əziz türk milləti tərəfindən qarşısının alınmasının 7-ci il dönümü olduğunu xatırladıb. 

Düz yeddi il əvvəl 2016-cı il iyulun 15-nə keçən gecə millətin evi olan Cumhurbaşqanlığı Külliyəsinin, millətin iradəsini təmsil edən TBMM-nin, körpülərin, təhlükəsizlik və kəşfiyyat orqanlarının güllə və bombalarla dağıdıldığına diqqət çəkən Altun sözlərini belə davam etdirib:

“İyulun 15-nə keçən gecə məruz qaldığı xəyanət qarşısında bu xalq misli görünməmiş səfərbərliyə başladı. Prezidentimizin çağırışı ilə ölkənin hər yerindən insanlar küçələrə, meydanlara axışaraq bu hücuma qarşı sinələrini qarşı sipər etdilər. Millətimiz prezidentimizin rəhbərliyi altında 15 iyul qəyyumlarını, çevrilişi cəhdi edənləri, işğalçıları böyük məğlubiyyətə uğratdı”.

Tarixi müqavimət gecəsində 252 vətəndaşın xəyanətkar dəstə üzvlərinə qarşı müqavimət göstərərək şəhid olduğunu ifadə edən Altun şəhidlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyib, gazilərə minnətdarlığını bildirib. 

İyulun 15-nə keçən gecə Türkiyənin millət-dövlət inteqrasiyası ilə çevriliş cəhdinə müqavimət göstərdiyi bir vaxtda bəzi mərkəzlərin susqunluğu və qeyri-müəyyən bəyanatları ilə də qarşılaşdıqlarını vurğulayan Türkiyə rəsmisi “Türk milləti canı, vətəni və müstəqilliyi ilə sınandığı sınaqdan uğurla çıxarkən, özünü Türkiyənin dostu və müttəfiqi olaraq göstərən, demokratiya, insan haqları, azadlıqlar və bir çox bənzər anlayışın sahibi kimi görən bir çox mərkəz təəssüf ki, o gecə qarşılaşdıqları sınaqdan çıxa bilmədi. Çevriliş cəhdinin uğursuz olacağı anlaşılana qədər səssiz qalanlardan günlərlə susqunluğunu qoruyanlara, milləti qətlə yetirən terror təşkilatını bərabərhüquqlu tərəf kimi qəbul edib guya tərəfləri təmkinli olmağa çağıranlara qədər bir çox mərkəz millətimiz canı bahasına mübarizə apararkən bu xain cəhdi qınamağı belə bacarmadı. 

Türk milləti və dövləti hər şeyə rəğmən çevriliş cəhdinin qarşısını almağı bacarmış, bu xain kütləni bütün dövlət qurumları və təşkilatlarından təmizləmək üçün böyük mübarizə aparmışdır. Türk Silahlı Qüvvələri və təhlükəsizlik qüvvələri başda olmaqla bütün qurum və təşkilatlar əli qanlı FETÖ-dən təmizlənmişdir. Dövlətimiz FETÖ-yə qarşı mübarizəsini bütün gücü ilə davam etdirir. FETÖ-dən təmizlənmə prosesinin müsbət təsirləri hüquq-mühafizə orqanlarından kəşfiyyata, bürokratiyadan terrorla mübarizəyə qədər hər sahədə siyasi iradənin, yəni millətin iradəsinin direktivlərinə qəti şəkildə uyğun gələn və nətisə əldə edən bir dövlət mexanizmi olaraq ortaya çıxıb”, - deyib.

Altun FETÖ ilə mübarizədə digər mühüm məqamın 15 iyul dastanının əbədiləşdirilməsi olduğunu bildirib: “Dövlətimiz prezidentimizin liderliyi ilə daxildə və xaricdə terrora qarşı qətiyyətli mübarizəsini davam etdirərkən, biz də Kommunikasiya İdarəsi olaraq Türk millətinin yazdığı 15 iyul dastanı, FETÖ və onun cinayətləri haqqında ölkə daxilində və xaricində məlumat veririk".

F.Altun FETÖ-nün təkcə Türkiyənin deyil, onun yayılmasına imkan verən hər bir dövlətin, bəşəriyyətin düşməni olduğunu qeyd edib.

“FETÖ qlobal bir terror təşkilatıdır və bütün digər terror təşkilatları kimi bu təşkilata qarşı da beynəlxalq əməkdaşlıq və həmrəyliyə əsaslanan mübarizə aparılmalıdır. Türkiyə qətiyyətlə davam edən mübarizədə bu gün hər zamankindən daha güclüdür. 14 may və 28 may tarixlərində sabitliyin və terrorla mübarizənin tərəfdarı olduğunu göstərən millətimiz 7 fevralda, 17-25 dekabrda, 15 iyulda edə bilmədiklərini başqa yollarla həyata keçirmə vədlərini, FETÖ-nün yarımçıq qoyduğunu tamamlamaq planlarını rədd etdi və məhv etdi.

Prezidentimizin “Türkiyə Əsri” baxışına sahib çıxan millətimiz eyni zamanda sistem müzakirələrinin əsassız olduğunu son dəfə təsdiqləyərək terrorun himayədarlarına da çox açıq mesaj verdi. FETÖ terror təşkilatına, təşkilatla birlikdə addımlayanlara, silah gücü də daxil olmaqla bir çox qeyri-qanuni və əxlaqsız üsullara əl atan, lakin əldə edə bilmədiklərini başqa yollarla tamamlamaq istəyənlərə imkan vermədik və verməyəcəyik. “Türkiyə Əsri”ndə ölkəmiz son 20 ildə əldə etdiyi nailiyyətlərin üzərinə yenilərini əlavə edəcək, regional və qlobal çərçivədə demokratiya və sülhün müdafiəçisi və qoruyucusu olmağa davam edəcək”, - Altun vurğulayıb. 






Starxeber Bizi instagramda izləyin