11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
“CinemaPlus”da “Qeyri-mümkün missiya” filminin premyeradan öncə nümayişi keçirilib
Sosial 14.07.2023 205

“Amburan Mall” ticarət mərkəzində (Bilgəh qəsəbəsi)  yerləşən “CinemaPlus” premium kinoteatrında “Paramount Pictures”ın istehsalı olan “Qeyri-mümkün missiya: Ölümcül intiqam, 1-ci hissə” adlı Amerika casus döyüş filminin premyeradan öncə nümayişi keçirilib. Bu, “Qeyri-mümkün missiya” franşizasında yeddinci filmdir və büdcəsi 290 milyon dollar təşkil edir.
Rejissor və ssenari müəllifi - Kristofer Makuorri.
Filmdə baş rolu Tom Kruz ifa edir. Eləcə də Rebekka Ferqyuson, Heyli Etvell, Pom Klementeff, Vanessa Kirbi, Saymon Peqq, Şey Uiqem, Keri Elves, Rob Delani və İndira Varma çəkiliblər.
Film haqqında qısaca: İtan Hant və onun komandası yenidən təhlükləli tapşırığa başlayırlar. Bu dəfə onlar bütün bəşəriyyəti məhv edə biləcək ölümcül silahın axtarışına çıxırlar və onun səhv əllərə keçməməsinə çalışırlar. Milyardlarla insanın həyatını xilas etmək üçün ölümcül yarış başlayır. Baş qəhrəman qüdrətli Qabriel ilə üzləşməli olacaq və qələbə qazanmaq üçün əzizlərini qurban verməyə belə məcbur ola bilər.
Tədbirdə şou-biznes ulduzları, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.
Tədbirin təşkilində Brand Media Groups, “FRYDAY Burgers & Fries” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “A1” rəqs qrupu, “Luxury party 360” selfi videoçəkiliş, “Чёткая” Organic vodka, Bonaqua və Red Bull dəstək göstəriblər.
Qeyd etmək istərdik ki, film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin, “Qeyri-mümkün missiya: Ölümcül intiqam” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.







Starxeber Bizi instagramda izləyin