11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Voleybol üzrə Zəfər Kubokunun püşkü atılıb
Sosial 7.07.2023 168

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş jurnalistlər arasında voleybol üzrə Zəfər Kubokunun püşkatma mərasimi keçirilib.


"Report"un məlumatına görə, İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu, Azərbaycan Voleybol Federasiyasının (AVF) və Qusar Olimpiya İdman Kompleksinin dəstəyi ilə gerçəkləşəcək turnirin püşkü Bakının Binəqədi rayonunun Dərnəgül qəsəbəsindəki Voleybol Mərkəzinin akt zalında atılıb.

Tədbirə AVF-nin vitse-prezidenti Faiq Qarayev, qurumun baş katibi Faiq Orucov, Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, "Avrora Qrup"un nümayəndəsi Elvin Babayev, İAM-ın sədri Elşən Məmmədov və iştirakçı komandaların nümayəndələri qatılıblar.

Mərasimi giriş sözü ilə açan Məmmədov ardıcıl ikinci dəfə təşkil olunan turnir barədə məlumat verib. Baş sponsora təşəkkür edən İAM sədri komandalara uğurlar arzulayıb.

Daha sonra söz F.Qarayevə verilib. Federasiyanın vitse-prezidenti bu cür turnirlərin voleybolun kütləviləşməsi və inkişafı baxımından önəmli olduğunu bildirib. O qeyd edib ki, İdman Araşdırmalar Mərkəzinin işğaldan azad olunmuş rayon və şəhərlərin adlarını daşıyan komandalar arasında turnir keçirməsindən sonra bu adlar peşəkar yarışlarda da görünməyə başlayıb. F.Qarayev nümunə kimi "Xarı Bülbül" kollektivini göstərib. O, bildirib ki, federasiya bundan sonra da bu cür voleybol turnirlərinə dəstəyini əsirgəməyəcək. Hətta F.Qareyev sonda təşkilatçılara jest edərək, jurnalistləri Qusara aparacaq nəqliyyatın xərcinin AVF tərəfindən qarşılanacağını söyləyib.

Daha sonra çıxış edən X.İsayev ölkədə voleybola böyük maraq olduğunu xatırladaraq, belə turnirlərin önəmini xüsusi vurğulayıb. O, təşkilatçılara və iştirakçı komandalara uğurlar arzulayıb.

F.Orucov da öz növbəsində hər kəsi salamlayaraq, təşəbbüsü yüksək qiymətləndirdiyini və voleybolu təbliğ edən bu cür layihələrə hər zaman dəstək verməyə hazır olduqlarını söyləyib.

"Avrora Qrup"un nümayəndəsi Elvin Babayev isə daha əvvəl də Azərbaycan Voleybol Federasiyası ilə birgə əməkdaşlıq etdiklərini xatırladıb. O, Zəfər Kuboku turnirinin ənənəvi olacağını sözlərinə əlavə edib.

Nəhayət, sonda turnirin püşkü atılıb və qrupların tərkibi müəyyənləşib. Beləliklə, "Report" İnformasiya Agentliyinin təmsil etdiyi "Füzuli" komandası "Suqovuşan" və "Xankəndi" ilə birlikdə A qrupuna düşüb. B qrupunda isə "Şuşa", "Kəlbəcər" və "Zəngilan" kollektivləri mübarizə aparacaqlar.

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. İlk 3 yerin sahiblərinə müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, qalibə isə Zəfər Kuboku təqdim ediləcək.

Qeyd edək ki, turnir 15-16 iyulda baş tutacaq.








Starxeber Bizi instagramda izləyin