15:01 Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək  |     20:01 “Nar”dan sahibkarlar üçün sərfəli təkliflər  |     17:17 KƏŞ ölkələrinin liderləri ötən gün Dohada bir araya gəliblər  |     15:30 Məişət zorakılığı mövzusunda beynəlxalq konfrans keçirilir  |     13:10 Emil Quliyevin qalmaqallı statusu: Nə baş verir? - Mərkəz AÇIQLADI  |     11:09 Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin sayı üç dəfə artıb  |     11:06 Məişət zorakılığından zərərçəkənlər üçün 9 yardım mərkəzi fəaliyyət göstərir  |     23:58 “Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş  |     11:36 İstanbul "2024-cü ildə səyahət etmək üçün ən yaxşı 50 yer" siyahısındadır  |     12:48 Fizaka "Şirlər Xəzinəsi" ilə gəlir  |     12:52 Elçin Əzizov haqqında başladılan qarayaxma kampaniyasına SON QOYULMALIDIR!  |     12:16 “Nar” Laçın şəhərində ilk mağazasını açdı!  |     14:37 Gəncə Dövlət Universitetində “Psixologiya elminin maraqlı və məsuliyyətli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib  |     12:54 Haqsızlıqla üzləşən Qarabağ qazisi prezidentə müraciət etdi  |     00:25 “Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur  |     14:00 Bakıda “Avropada təhsil” sərgisi keçirildi  |     13:37 Dəmir yumruq” - xalq və ordu birliyinin təcəssümü  |     15:48 “CinemaPlus” kinoteatrında “Çok aşk” romantik komediyası - VİDEO  |     22:19 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |     21:01 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |    
“Beynəlxalq jurnalist təşkilatları bu hadisəyə ciddi reaksiya verməlidir” – AÇIQLAMA
Sosial 29.06.2023 182


Bu gün Fransada öz vəzifə öhdəliklərini yerinə yetirən Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı zorakılıq törədilib. Çəkiliş zamanı onların kamerası əllərindən alınıb və jurnalistlərə silah çəkilib.

Məsələ ilə bağlı Medianews.az-a açıqlama verən deputat Arzu Nağıyev bildirir ki, Fransada güc hüquqdan daha üstün hesab olunur. Millət vəkili qeyd edir ki, bu artıq onlar üçün simvola çevrilib:

“Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı törədilən cinayət bir daha göstərir ki, daima insan haqları və demokratiyadan dəm vuran Fransa birmənalı şəkildə insanlara qarşı qanunsuz hərəkətlər edir. Əsas məsələ isə bu hadisənin sakit formada öz vəzifəsini yerinə yetirən jurnalistə, çəkiliş qrupuna qarşı yönəlib. Dünyanın heç bir demokratik ölkəsində jurnalistlərə qarşı belə hərəkətlərə yol verilmir. Bu hadisə ancaq diktatura hökm sürən dövlətlərdə baş verə bilər. Fransada isə bu hadisənin törədilməsi böyük təəssüf doğurur. Bununla yanaşı, əməkdaşlarımızın təhlükəsizliyi və zərər görən çəkiliş vasitələri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciətlərə də məhəl qoyulmur. Gücün hüquqdan üstün olduğunu simvola çevirən Fransa vaxtilə erməni terrorizmini necə dəstəkləyirdisə, indi də həmin hadisələr təkrarlanır.

Zənnimcə, bu hadisə bütün dünya dövlətləri tərəfindən qəti şəkildə qınanmalı və belə məsələlərə diqqət yetirilməlidir. Beynəlxalq media təşkilatları, həmçinin Avropa Jurnalistlər Birliyi törədilən zorakılığa qarşı ciddi reaksiya bildirməlidirlər. Bunu edən şəxslər isə sərt şəkildə cəzalandırılmalıdırlar”.

Aytac Şahin

Medianews.az






Starxeber Bizi instagramda izləyin