11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Azərbaycanlı aktrisa Türkiyədə mükafatlandırıldı – VİDEO
Maqazin 23.06.2023 238

Bu mükafatı alanlar arasında sənətini Türkiyədə davam etdirən Azərbaycan əsilli aktrisa Natavan Gümet də var.


Qardaş ölkədə bir sıra film və serialda rol alan Natavan xanım mükafat mərasimi barədə öz fikirlərini və təəssüratlarını Medianews.az ilə bölüşüb. Aktrisa bildirir ki, bu mükafatı sənətinə ara verən analara həsr edib:


Reklamınızı SmartBee ilə effektiv edin.
“Bu mükafatı “Təhminə və Zaur” serialındakı “Təhminə” obrazına görə almışam. Həmin serial 5 il öncə çəkilib. Lakin bu yaxınlarda Türkiyədəki verilişlərin birində qonaq olmuşdum. Bu serialdan söhbət açıldı və Anıl Budak bildirdi ki, serialı izləyəcək. İzlədikdən sonra canlandırdığım obraz çox bəyənildi. Ardından öyrəndim ki, məni də bu mükafata layiq görüblər. Mənə bu mükafatı Anıl Budak təqdim etdi.



Türkiyədə aldığım ilk mükafatım olduğu üçün çox həyəcanlı və olduqca sevincliyəm. Nə xoş mənə ki, qardaş ölkədə işimi uğurla davam etdirib təltif olunuram. Bu çox qürurvericidir.

Bir müddətdir övladıma zaman ayırdığım üçün sənətimlə məşğul ola bilmirdim. Artıq zamanımı öz işimə və kariyerama sərf etməyə üstünlük verirəm. Bu səbəbdən də aldığım mükafatı sənətinə ara verən analara həsr etmişəm”.

Qeyd edək ki, kino, televiziya, musiqi, idman və iş dünyasının nəbzini tutan Community Media ailəsinin mükafat təşkilatlarından biri olan “Beyaz Yakamoz Ödülleri” mərasimi Anıl Budak, Eray Aksoy və Hakan Elkılıçın başçılığı ilə MBA Məktəblərinin Ataşehir Kampusunda təşkil edilib. Natavan Gümet isə “Ən Yaxşı Serial Performansı Mükafatı”-na layiq görülüb.






Starxeber Bizi instagramda izləyin