15:01 Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək  |     20:01 “Nar”dan sahibkarlar üçün sərfəli təkliflər  |     17:17 KƏŞ ölkələrinin liderləri ötən gün Dohada bir araya gəliblər  |     15:30 Məişət zorakılığı mövzusunda beynəlxalq konfrans keçirilir  |     13:10 Emil Quliyevin qalmaqallı statusu: Nə baş verir? - Mərkəz AÇIQLADI  |     11:09 Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin sayı üç dəfə artıb  |     11:06 Məişət zorakılığından zərərçəkənlər üçün 9 yardım mərkəzi fəaliyyət göstərir  |     23:58 “Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş  |     11:36 İstanbul "2024-cü ildə səyahət etmək üçün ən yaxşı 50 yer" siyahısındadır  |     12:48 Fizaka "Şirlər Xəzinəsi" ilə gəlir  |     12:52 Elçin Əzizov haqqında başladılan qarayaxma kampaniyasına SON QOYULMALIDIR!  |     12:16 “Nar” Laçın şəhərində ilk mağazasını açdı!  |     14:37 Gəncə Dövlət Universitetində “Psixologiya elminin maraqlı və məsuliyyətli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib  |     12:54 Haqsızlıqla üzləşən Qarabağ qazisi prezidentə müraciət etdi  |     00:25 “Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur  |     14:00 Bakıda “Avropada təhsil” sərgisi keçirildi  |     13:37 Dəmir yumruq” - xalq və ordu birliyinin təcəssümü  |     15:48 “CinemaPlus” kinoteatrında “Çok aşk” romantik komediyası - VİDEO  |     22:19 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |     21:01 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |    
Bakıda Beynəlxalq Uşaq Şahmat Turnirinə start verilib
Sosial 19.06.2023 165

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan yarışda 14 yaşadək şahmatçılar iştirak edirlər. “Bloom Group” Marketinq Agentliyinin dəstəyi, Azərbaycan Şahmat Federasiyasının, “Gənc İstedadlar” və “Gənclik” Şahmat Klublarının birgə təşkilatçılığı ilə Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq Uşaq Şahmat Turniri keçirilir. 
Turnirin açılış mərasimində çıxış edən “Bloom Group” Marketinq Agentliyinin direktoru Səbinə Pərvizi bu intellektual idman növünün inkişafına töhfə verən belə bir yarışa sponsorluq etməkdən böyük qürur hissi keçirdiklərini bildirib və bütün iştirakçılara uğurlar arzulayıb. Daha sonra şirkət tərəfindən bütün iştirakçılara yarış boyu lazım ola biləcək vəsaitlər və hədiyyələr təqdim olunub. 
“Gənc İstedadlar” Şahmat Klubunda Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qaydaları əsasında 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən yarışda 14 yaşadək IV, III və II dərəcəli şahmatçılar iştirak edirlər.
Turnir 23 iyun 2023-cü il tarixində başa çatacaq.
Yarışın qalibləri diplom və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Qeyd edək ki, 2019-cu ildən etibarən çoxistiqamətli fəaliyyət göstərən “Bloom Group” üç şirkətdən – “Bloom Events”, “Bloom Advisory” və “Bloom Learning”dən ibarət şirkətlər qrupudur. 






Starxeber Bizi instagramda izləyin