11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
“Heydər Əliyev İli" çərçivəsində Beynəlxalq elmi-praktik konqres keçirilib - FOTO
Sosial 17.06.2023 223

"Heydər Əliyev İli" çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən silsilə tədbirlər davam etdirilir. Belə ki, iyunun 14-dən 16-dək nazirliyin Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən "Müasir kardiologiya: nailiyyətlər və innovativ yeniliklər" mövzusunda Beynəlxalq elmi-praktik konqres keçirilib.


Tədbirdə Səhiyyə Nazirliyinin və Milli Məclisin Səhiyyə komitəsinin rəhbər işçiləri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədrinin müşaviri, həmçinin Azərbaycan, Türkiyə, Russiya, İsrail, Almaniya, Gürcüstan və Litvanın tanınmış elm xadimləri iştirak ediblər.

İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçılarına ETKİ-nin 45 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli film nümayiş olunub.
Tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlama müraciəti oxunulub.

ETKİ-nin direktoru Gülnaz Dadaşova öz çıxışında Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından vacibliyini qeyd edərək Heydər Əliyevin təşəbbüsü ilə yaradılan ETKİ-nin tarixi yoluna nəzər salıb və görülən mühüm işlərdən bəhs edib. Tədbir haqqında məlumat verən ETKİ-nin direktoru beynəlxalq konqresin ölkəmizdə kardiologiyanın inkişafına böyük töhfə verəcəyini bildirib.

Digər çıxışçılar Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar və konqresin əhəmiyyəti haqqında məlumat veriblər.

400-ə yaxın həkimin iştirakı ilə keçirilən beynəlxalq konqresdə tibdə yeni istiqamət - kardiologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib, mövzu ilə bağlı müzakirə aparılıb və suallar cavablandırılıb. Həmçinin konqres çərçivəsində "Kardiak anatomiya", "EKQ", "EXO KQ" və "CPR" kursları keçirilib.

Beynəlxalq elmi-praktik konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 23 DTT kredit balı ilə qiymətləndirilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.






Starxeber Bizi instagramda izləyin