11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
"Səsdən Könüllərə"
Mədəniyyət 12.06.2023 273



Könüllərə şəfa olacaq, sevgi toxumu səpəcək bir komanda.Sevgiylə yaratdığım bu komandamı məşhur psixoloq Luiza Heyin "Sən həyatını yaxşılaşdıra bilərsən" kitabına bənzədirəm. Əsas ideyamız ondan ibarətdir ki, xoşbəxtlik hər kəsin özüdür və öz əlindədir. Çox sadə səslənir, elə deyil? Onda niyə bizim aramızda problemlərini həll edə bilməyən çox pessimist və bədbəxt insanlar var? Bəlkə, həyata başqa cür baxmağın zamanıdır?

Unutmayın ki, fikirlər taleyimizi formalaşdırmaq kimi unikal qabiliyyətə malikdir. Ümid edirik ki, biz bu yolda sizin aynanız olub, sizin həyatınıza sevgi və yaşam toxumlarını səpə biləcəyik...

Dünya ucsuz-bucaqsız səhra deyil. Burada hər şeydən kifayət qədərdir və kainat daim sizin onun sərvətləri ilə tanış olacağınızı gözləyir. Nə qədər çox sevsəniz, bir o qədər çox sevgi ilə əhatə olunacaqsınız.

Sizin gücünüz ağlınız və əllərinizdədir. Onu olmayan yerdə axtarmayın. Ən yaxşı harmoniyanı özünüzdə tapın.
Özünüzü dəyişdirmədən başqasını dəyişdirə bilməyəcəksiniz. Özünüzə olan sevgi hissi, başqalarının sizə hörmət etməsi deməkdir. 

Var olduğunuz üçün özünüzə təşəkkür edin, onda bütün dünya sizi sevəcək. 

Özünə məhəbbət nədir? Bu, həyatda bir məqsədin olmaq və özünə ürəyincə iş tapmaqdır. 

Səhvi düzəltməyə çalışmayın, ondansa fikirlərinizi dəyişin. Bu halda problem də möcüzəli şəkildə həll olacaq. Hər bir İşinizə sevgi toxumları səpin. 

Hər şey mütləq uyğun vaxtda, uyğun məkanda və uğun adamla baş verəcək. 

Bir insanın həyatına toxunub, ona yararlı olmaq, üzünü güldürmək, özünəinamını və həyata baxışını yeniləməkdən üstün bir peşə ola bilməz. "Səsdən Könüllərə" məhz bu peşənin dəyərini üstün tutaraq müqəddəs bir amal uğrunda yola çıxdılar. 

Çünki bu həyat hər kəsə tutunacaq bir ǝl borcludur.






Starxeber Bizi instagramda izləyin