15:01 Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək  |     20:01 “Nar”dan sahibkarlar üçün sərfəli təkliflər  |     17:17 KƏŞ ölkələrinin liderləri ötən gün Dohada bir araya gəliblər  |     15:30 Məişət zorakılığı mövzusunda beynəlxalq konfrans keçirilir  |     13:10 Emil Quliyevin qalmaqallı statusu: Nə baş verir? - Mərkəz AÇIQLADI  |     11:09 Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin sayı üç dəfə artıb  |     11:06 Məişət zorakılığından zərərçəkənlər üçün 9 yardım mərkəzi fəaliyyət göstərir  |     23:58 “Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş  |     11:36 İstanbul "2024-cü ildə səyahət etmək üçün ən yaxşı 50 yer" siyahısındadır  |     12:48 Fizaka "Şirlər Xəzinəsi" ilə gəlir  |     12:52 Elçin Əzizov haqqında başladılan qarayaxma kampaniyasına SON QOYULMALIDIR!  |     12:16 “Nar” Laçın şəhərində ilk mağazasını açdı!  |     14:37 Gəncə Dövlət Universitetində “Psixologiya elminin maraqlı və məsuliyyətli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib  |     12:54 Haqsızlıqla üzləşən Qarabağ qazisi prezidentə müraciət etdi  |     00:25 “Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur  |     14:00 Bakıda “Avropada təhsil” sərgisi keçirildi  |     13:37 Dəmir yumruq” - xalq və ordu birliyinin təcəssümü  |     15:48 “CinemaPlus” kinoteatrında “Çok aşk” romantik komediyası - VİDEO  |     22:19 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |     21:01 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |    
CinemaPlus-da Transformerlər ilə yay mövsümünün açılışı
Mədəniyyət 12.06.2023 166

Premium kinoteatr “CinemaPlus Amburan”da açıq hava altında yay mövsümünün təntənəli açılışı keçirilib. Kinoteatr Bilgəh qəsəbəsində, “Amburan Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşir.

Tədbirin keçirilməsinin əsas səbəbi, “Transformerlər” fantastik döyüş filminin yeni hissəsinin, premyeradan öncə baş tutan nümayişi olub.

Nəhəng transformer və avtomobillər izləyicilərin maraq mərkəzindəydilər.
DJ-in lazer şousu, atəş və işıqla olan performans tədbirə xüsusi ab-hava verib.
“Porsche” şirkəti bu filmin çəkilişlərinə cəlb olunmuş avtomobil modellərini nümayiş edirərək, gecənin baş sponsoru oldu.
Tədbirdə Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycan Respublikasının xalq artisti , Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü - Həmidə Ömərova, Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist - Elman Rəfiyev, Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti - Aqil Acalov, “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi - Eldar Qasımov, aktyor Nəsimi Mirzəyev, o cümlədən jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.
Gecə elmi-fantastik janrında çəkilmiş “Transformerlər: Vəhşi Botların Yüksəlişi” Amerika filminin nümayişi ilə başa çatıb.
Rejissor Stiven Keyl Jr.
Baş rollarda Dominik Fişbek, Entoni Ramos, Pit Devidson, Kolman Dominqo, Piter Dinkleyc, Kristo Fernandes, Ron Perlman, Con Di Macio və Piter Kallen çəkilib.
“Transformerlər: Vəhşi Botların Yüksəlişi” - transformerlərin kino kainatının yeddinci filmi və Trevis Naytın “Bamblbi” filminin davamıdır. Yaradıcıların fikrincə, filmin süjeti Optimus Praim xarakterinə yönələcək və françayzanın hərəkəti 90-cı illərin əvvəllərində Nyu-Yorka köçürüləcək. Əsas personajlar - iki arxeoloq təsadüfən qədim sivilizasiya ilə əlaqə quraraq, Maksimallar, Predakonlar və Terrorkonları dünyaya gətirir.
Filmin baş sponsoru “Porsche” avtomobil şirkətidir. Tədbirin təşkilində Brand Media Groups, “Strafor” dekor şirkəti, "FRYDAY Burgers & Fries" restoranı, foto və video "Light in Black" kreativ şirkəti, Animator.az, ASgarden, “Hillside” premium çaxırları və Red Bull dəstək göstəriblər.
Qeyd etmək istərdik ki, film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin, “Transformerlər: Vəhşi Botların Yüksəlişi” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.






Starxeber Bizi instagramda izləyin