16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Ölkə ərazisində köçəri və oturaq quşların sayğısı aparılır
Sosial 16.01.2023 210


Köçəri və oturaq quşların sayında olan dinamikanın izlənilməsi məqsədilə ölkə ərazisində sayğı prosesinə başlanılıb. 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Azərbaycan Ornitoloji Cəmiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşlarının iştirakı ilə hazırda köçəri və oturaq quşların sayğısı Qızılağac, Şirvan, Abşeron, Ağgöl milli parklarında, Samux, Varvara, Ağzıbir, Yaşma, Sarısu ovçuluq təsərrüfatlarında və onlarla həmsərhəd ərazilərdə keçirilir.

O qeyd edib ki, Avrasiyadakı köçəri quşların miqrasiya yollarından biri Azərbaycan ərazisindən keçir və quşların əsas miqrasiya marşrutları üzərində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar yerləşir.

Xidmət rəisi ölkəmizdə 400-dən çox ornitofauna növü olduğunu və Qızılağac, Ağgöl, Abşeron, Şirvan milli parklarının ərazisində bu növlərin qorunması ilə yanaşı, ekoturizmin bir istiqaməti olan "quşların müşahidəsi" (birdwatching) üçün də geniş imkanlar olduğunu diqqətə çatdırıb. 

“Bu milli parklardan Qızılağac və Ağgöl daha geniş ornitoloji imkanlarına görə beynəlxalq əhəmiyyətli su-bataqlıq əraziləri haqqında Ramsar Konvensiyasının siyahısına daxil edilib”.






Starxeber Bizi instagramda izləyin